CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İsveçrəli səfir: Azərbaycanda məni tez-tez başqa biri ilə dəyişik salırdılar

© © Filip Ştalderin şəxsi arxivindənİsveçrənin Azərbaycanda keçmiş səfiri Filip Ştalder
İsveçrənin Azərbaycanda keçmiş səfiri Filip Ştalder - Sputnik Azərbaycan
Abunə olmaq
İsveçrənin Azərbaycanda keçmiş səfiri Filip Ştalder ölkəmizi qarış-qarış gəzib, insanlarımızı tanıyıb, yeməklərimizdən dadıb. Ölkədən getməzdən öncə isə Sputnik Azərbaycan-a eksklüziv müsahibə verməyə razılaşıb.

Leyla Orucova, Sputnik Azərbaycan

BAKI, 23 may — Sputnik. İsveçrənin Azərbaycanda keçmiş səfiri Filip Ştalder üç il yarımlıq elçilik fəaliyyətindən sonra Azərbaycanı tərk edib. Bu müddət ərzində o, ölkəmizi qarış-qarış gəzib, insanlarımızı tanıyıb, yeməklərimizdən dadıb. 

“Azərbaycanın ən böyük zənginliyi insanlarıdır”: İsveçrəli diplomat  - Sputnik Azərbaycan
VİDEO
“Azərbaycanın ən böyük zənginliyi insanlarıdır” - İsveçrəli diplomat

Cənab Ştalder ilk dəfə Azərbaycana 15 il öncə gəlib. O vaxtlar İsveçrənin Xarici İşlər Nazirliyində çalışan diplomat Cənubi Qafqaz regionuna məsul idi və hər üç ölkəni olduqca yaxşı tanıyırdı. 12 il sonra isə o Bakıya artıq İsveçrənin Azərbaycanda elçisi kimi qayıdıb.

"Azərbaycana səfir təyin edilmək çox həyəcanverici bir hiss idi. Bu, mənim ilk səfirlik vəzifəm olacaqdı və düşünürəm ki, belə ilklər hər zaman insanın yadında xüsusi və həyəcanlı bir an kimi qalır. Bölgəni yaxşı tanıyırdım, çünki 12 il öncə də burada səfərdə olmuşdum, amma ölkənin keçdiyi inkişaf yolu məni doğrudan da heyrətləndirdi."

Qız Qalası və İçərişəhər kimi yerləri yaxşı xatırlasa da, Alov Qüllələri və digər yeni memarlıq inciləri səfiri müsbət tərəfdən təəccübləndirib. Ümumiyyətlə, Azərbaycanın son 15 ildə nail olduğu dinamik iqtisadi inkişafı səfir heyrətamiz adlandırıb.

© © Filip Ştalderin şəxsi arxivindənİsveçrəli diplomat ailəsi ilə
İsveçrəli səfir: Azərbaycanda məni tez-tez başqa biri ilə dəyişik salırdılar - Sputnik Azərbaycan
İsveçrəli diplomat ailəsi ilə

Bakı doğmalaşır...

Cənab səfir Bakıya ailəsi ilə birlikdə gəlib. Ştalder ailəsinin həm də iti var, bu isə o deməkdir ki, onunla hər gün gəzintilərə çıxmaq lazımdır. Hər gün Xəzər dənizinin sahilində, İçərişəhər və ətrafdakı parklarda dolaşırlar. Diplomat etiraf edib ki, bu üç il yarımlıq müddətdə Bakı, xüsusilə də İçərişəhər, onun üçün doğrudan da doğmalaşıb.

Filip Ştalder deyir ki, o, Azərbaycan haqqında sonsuza qədər danışa bilər. Azərbaycanın, Bakının onun üçün bir çox tərifi və təsviri var. Amma ölkəmizi xaricilərə bir-iki sözlə təsvir etməyə həmişə çətinlik çəkib.

Azərbaycan və İsveçrənin yüzillik ənənələrinə həsr edilən sərgi  - Sputnik Azərbaycan
VİDEO
Azərbaycan və İsveçrənin yüzillik ənənələrinə həsr edilən sərgi

"Həmişə onlara deyirəm ki, gəlib hər şeyi özünüz görməlisiniz. Bura şimal və cənub, qərb və şərq arasında yerləşən valehedici bir ölkədir. Ehtiyat baxımından zəngindir, amma məncə, Azərbaycanın ən böyük zənginliyi onun insanlarıdır."

Cənab səfir əmindir ki, hər diplomat işlədiyi ölkəni qarış-qarış gəzməli və tanımalıdır, çünki ölkənin fəaliyyəti yalnız paytaxtla məhdudlaşmır. Buna görə də, o müxtəlif rayonlarımızda olub, hər yeri özü şəxsən tanımağa çalışıb. Məsələn, Lənkəran. Bərdə, Tərtər, Gəncə və Şəkidə olub. Dağlıq əraziləri çox sevdiyi üçün, Lerik xüsusilə yadında qalıb. Amma səyahətləri yalnız iş səfərləri ilə məhdudlaşmayıb.

"Vaxtaşırı ailəmlə Qafqaz dağlarına səyahətə gedirdik. Şahdağ və Tufandağda xizək sürmüşük. Hər həftəsonu olmasa da, digər yerlərə yürüşlərə getmişik."

© © Filip Ştalderin şəxsi arxivindənFilip Ştalder ailəsi ilə Azərbaycanın bölgələrini gəzərkən
İsveçrəli səfir: Azərbaycanda məni tez-tez başqa biri ilə dəyişik salırdılar - Sputnik Azərbaycan
Filip Ştalder ailəsi ilə Azərbaycanın bölgələrini gəzərkən

Azərbaycanın ən böyük zənginliyi

"Bəs Azərbaycanı tərk etdikdən sonra nəyi heç vaxt unutmayacaqsınız?" sualına isə cavabı gözlədiyimizdən fərqli olub.

"Mənim üçün Azərbaycanda ən yaddaqalan təcrübə burada cavanlarla, vətəndaş cəmiyyəti, akademiya və incəsənət nümayəndələri ilə ünsiyyət qurmaq olub. Mən əminəm ki, buraya yalnız ölkənin gözəl memarlıq abidələrinə görə deyil, həm də insanlarına görə gəlmək lazımdır."

Azərbaycan insanlarının İsveçrəni olduqca yaxşı tanıması Cənab Ştalder üçün həm gözlənilməz sürpriz, həm də işini daha asan və xoş edən məqamlardan biri olub.

Burada olduğu müddətdə başına bir çox məzəli əhvalat da gəlib. Səfir Azərbaycanda fəaliyyət göstərən diplomat həmkarlarından birinin ona oxşadığını danışıb. Və bu üç il yarım müddətində Cənab Ştalderə ünvanlanan məktublar və dəvətlər həmkarına, həmkarının korrespondensiyası isə səfirə çatdırılıb.

© © Filip Ştalderin şəxsi arxivindənİsveçrənin keçmiş səfiri ailəsi ilə Yanardağda
İsveçrəli səfir: Azərbaycanda məni tez-tez başqa biri ilə dəyişik salırdılar - Sputnik Azərbaycan
İsveçrənin keçmiş səfiri ailəsi ilə Yanardağda

Ən dadlı qəlyanaltılar

"Azərbaycanda ən sevdiyim şeylərdən biri də yeməkləridir. Sizin qəlyanaltıların, demək olar ki, aludəçisi olmuşam, xüsusilə də sizin göyərtilər, pomidor və xiyarlar çox dadlıdır. Təbii ki, kababları da xoşlayıram, amma qəlyanaltıların xüsusi yeri var."

Səfirin sözlərinə görə, Azərbaycanın iqlimi, torpağının kimyəvi tullantılarla kirləndirilməməsi burada bitən tərəvəz və meyvələrə də təsir edir. O həm də qeyd edib ki, dünyada ən dadlı xiyar və pomidorların bir hissəsinin məhz Azərbaycandan gəldiyi bütün dünyada tanınmış bir faktdır.

Bir isveçrəli kimi, Cənab Ştalder hər cür pendiri sevir. Amma İsveçrə daha çox bərk pendir növləri, fondü və raklet kimi pendirli yeməkləri ilə tanındığı halda, Azərbaycan daha çox ağ pendir növləri ilə məşhurlaşıb. Və burada yaşadığı müddətdə isveçrəli diplomatın ən çox sifariş etdiyi qəlyanaltılardan biri də məhz ağ pendir və göyərti olub.

© © Filip Ştalderin şəxsi arxivindənİsveçrənin Azərbaycanda keçmiş səfiri Filip Ştalder
İsveçrəli səfir: Azərbaycanda məni tez-tez başqa biri ilə dəyişik salırdılar - Sputnik Azərbaycan
İsveçrənin Azərbaycanda keçmiş səfiri Filip Ştalder

Vida arzuları

Səfir ölkəni tərk etməzdən öncə bizimlə arzuları və həyat fəlsəfəsini də bölüşüb.

"Bütün azərbaycanlılara ən xoş arzularımla ayrılıram bu ölkədən. Sizə həmişə bu cür açıqfikirli qalmağı arzu edirəm. Həyata maraqla yanaşmağı arzulayıram. Zənnimcə, bu, çox önəmlidir. Deyə bilərəm ki, bu mənim həyat fəlsəfəmdir. Əminəm ki, Azərbaycanı parlaq gələcək gözləyir."

Biz isə ona səfir qismində fəaliyyət göstərəcəyi növbəti ölkədə uğur arzulamaq istərdik. Müvəffəqiyyətli olacağından isə heç şübhə etmirik.

Xəbər lenti
0