CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Azərbaycanın ən böyük zənginliyi insanlarıdır” - İsveçrəli diplomat

Abunə olmaq
Filip Ştalder ilk dəfə Azərbaycana 15 il öncə gəlib. 12 ildən sonra isə ölkəmizə artıq səfir qismində göndərilib. Onun ölkəmiz haqqında təəssüratlarını və ölkədən getməzdən öncə bizə olan arzularını Sputnik Azərbaycan-ın videosunda izləyin.

İsveçrənin Azərbaycandakı keçmiş səfiri Filip Ştalder burada keçirdiyi üç il yarım ərzində ölkəmizi qarış-qarış gəzməyə çalışıb. O inanır ki, bir diplomat kimi işlədiyi ölkənin hər aspektinə bələd olmalıdır.

“Bakını bir cümlə ilə təsvir etməyə həmişə çətinlik çəkmişəm. Ona görə də hər kəsə deyirəm ki, Azərbaycanı gəlib öz gözlərilə görməlidirlər” - deyə isveçrəli diplomat öz fikirlərini bölüşüb.

Bəs Azərbaycandan gedəndə nəyi heç zaman unutmayacaqsız sualına cavabı isə belə olub. “Mənim üçün ən maraqlı təcrübə burada insanlarla ünsiyyət qurmaq olub. Zənnimcə, Azərbaycanın ən böyük zənginliyi məhz insanlarıdır. Və mən əminəm ki, buraya yalnız ölkənin gözəl memarlığına görə deyil, həm də insanlarına görə gəlmək lazımdır”.

Bu yaxınlarda Azərbaycanda səfirlik müddəti bitən Cənab Ştalder ölkəmizdən ən xoş arzularla ayrılıb. Getməzdən öncə isə bizimlə öz həyat fəlsəfəsini bölüşüb. O bizə, həmişə açıqfikirli qalmağı və həyata maraqla yanaşmağı arzulayıb.

Biz isə Cənab Ştalderə növbəti ölkədə səfir vəzifəsində bol-bol uğurlar arzulayırıq!

Xəbər lenti
0