Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Formula 1”-in məşhur pilotu öldü

© AP Photo / Luca BrunoÜçqat dünya çempionu Niki Lauda İngiltərənin Silverstoun avtodromunda
Üçqat dünya çempionu Niki Lauda İngiltərənin Silverstoun avtodromunda - Sputnik Azərbaycan
Abunə olmaq
Niki Lauda idmançı kimi karyerasını bitirdikdən sonra idman meneceri, avtomobil yarışı üzrə ekspert, RTL telekanalının Almaniya üzrə icmalçısı, "Formula 1" üzrə "Mercedes AMG"-nin Müşahidə Şurasının sədri olub

BAKI, 21 may — Sputnik. “Formula 1”-in məşhur pilotu Niki Lauda dünyasını dəyişib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, idmançı dünən 71 yaşında vəfat edib.

Pilot 1976-cı ildə  yarışlardan birində qəza törədib. Nəticədə ağır bədən xəsarəti alıb. Qəza zamanı o həm çoxsaylı yanıq xəsarətləri alıb, həm də bir neçə bədən üzvü zədələnib. Buna baxmayaraq Niki Lauda sağ qalıb və yarışlarda iştirak etməkdə davam edib.

Qeyd edək ki, Niki Lauda idmançı kimi karyerasını bitirdikdən sonra idman meneceri, avtomobil yarışı üzrə ekspert, RTL telekanalının Almaniya üzrə icmalçısı, "Formula 1" üzrə "Mercedes AMG"-nin Müşahidə Şurasının sədri olub.

Xəbər lenti
0