CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəbli çantası probleminin "həlli yolu" - Daha çox dərslik lazımdır

© AZƏRTACOrta məktəb dərslikləri
Orta məktəb dərslikləri - Sputnik Azərbaycan
Abunə olmaq
Ağır məktəbli çantaları problemini həll etmək üçün Azərbaycanda məktəb dərsliklərini iki dəfə çox çap eləmək lazımdır.

BAKI, 21 may — Sputnik. Ağır məktəbli çantaları problemini həll etmək üçün Azərbaycanda məktəb dərsliklərini iki dəfə çox çap eləmək lazımdır. Bu fikri Sputnik Azərbaycan-a müsahibəsində təhsil üzrə ekspert Kamran Əsədov bildirib.

Aqil Abbas - Sputnik Azərbaycan
CƏMİYYƏT
Deputat dərslik yazanların məsuliyyətə cəlb olunmasını tələb etdi

Bu günlərdə Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, AR Təhsil Nazirliyinə dərsliklərin çəkisinin azadılması üçün optimal yollar tapmaqla bağlı təlimat verilib. Deputatın sözlərinə görə, artıq yüksək keyfiyyətli qalın kağızı daha nazik kağızla əvəz etmək barədə təklif daxil olub. Lakin bu, kitabın istifadə müddətini dörd ildən bir ilədək ixtisar edəcək. Bu isə iqtisadi baxımdan sərfəli deyil. Belə olan təqdirdə dərslikləri hər il təzələmək lazım gələcək.

Bu problemin həllində təhsil məsələləri üzrə ekspert Kamran Əsədov öz variantını daha optimal hesab edir. Onun fikrincə, daha keyfiyyətli parlaq kağızlardan istifadə etməklə dərsliklərin istifadə müddətini uzatmaq olar. Birdəfəlik kitablar əvəzinə daha yüksək keyfiyyətli dərsliklərdən iki dəfə çox çap etmək lazımdır ki, məktəblilər onların bir dəstini məktəbdə, bir dəstini də evdə saxlasınlar. Beləcə, onlar bu ağır kitabları evdən məktəbə, məktəbdən də evə daşımalı olmazlar. Bu, məktəblilərin dayaq-hərəkət sisteminə və saxlamlığına da xələl gətirməz.

Deputatın mətnlərin şriftlərini kiçiltməklə bağlı təklifinə gəlincə, Əsədov qeyd edib ki, bu gün orta məktəbdə təhsil alan şagirdlərin 65%-nin görməsində problem var.

Qeyd edək ki, parlamentdə dərsliklərin bəzi paraqraflarının ixtisar edilməsi də təklif edilib. Ekspert bununla bağlı deyib: "Belə olan halda mövzular və mətnlər arasında rabitə itəcək, dərsliklər isə faydasız söz yığınına çevriləcək".

Əsədov bununla belə, dərs proqramlarında lazımsız paraqrafları ümumiyyətlə istisna etməyi lazım bilir. Məktəblilər misal üçün, Fransa, yaxud Hindistan tarixini ətraflı öyrənmək məcburiyyətində olmamalıdırlar. Bu mövzulara ali məktəblərdə daha dərinləşdirilmiş dərslər vasitəsilə qayıtmaq olar.

Ekspert əmindir ki, bu iki təklifi yerinə yetirməklə məktəb çantasının çəkisini xeyli azaltmaq olar.

"Azərbaycan qanunvericiliyində məktəb çantasının nə qədər ağırlıqda olması ilə bağlı heç bir normativ-hüquqi akt yoxdur. Lakin dünya təcrübəsində təhsil sahəsinin ekspertləri və fizioloqlar qeyd edirlər ki, aşağı sinif şagirdlərinin çantası onların öz çəkilərinin 10%-dən ağır olmamalıdır. 5-10-cu sinif şagirdlərinin çantasının ağırlığı isə onların öz çəkilərinin 15%-ni keçməməlidir. Yuxarı siniflərdə bu göstərici şagirdin çəkisinin 20%-dən artıq olmamalıdır" - deyə Əsədov əlavə edib.

Lakin Azərbaycanda təhsil standartına görə, yalnız bircə dərsliyin çəkisi müəyyən edilib. Belə ki, aşağı sinif şagirdlərinin dərslikləri 300 qramdan, 5-9-cu sinif şagirdlərinin dərsliyi 350 qramdan, 9-11-ci siniflərinki isə 450 qramdan ağır olmamalıdır.

Книги, фото из архива - Sputnik Azərbaycan
ELM
Dərslik müəllifi olmaq şansınız var

Lakin reallıqda hər şey fərqlidir. Üçüncü sinif şagirdi Alsu Orucəliyeva hər gün məktəbə yetişmək üçün əməlli-başlı güc sərf eləməlidir. Onun öz çəkisi 30 kq-dır, içində kitablarının olduğu çantanın çəkisi isə 5-6 kq. Bu səbəbdən də qızın sinif rəhbəri çoxdan şagirdləri iş dəftərlərindən azad edib. Amma əlavə dərs ləvazımatlarından onları heç kəs azad etməyib. İş dəftərləri əvəzinə indi şagirdlər ev tapşırıqlarını yerinə yetirərkən Tamara Ramzayevanın və riyaziyyat üzrə Boris Qeydmanın kitablarından, həmçinin əlavə ədəbiyyatla birlikdə test toplusundan istifadə etməli olurlar.

Nəticədə dərsə və dərsdən evə getmək üçün qız az qala ikiyə qatlanmış vəziyyətdə yeriməli olur. Artıq bu yaşda güclü yüklənmə səbəbindən uşağın onurğasında əyilmə müşahidə olunmağa başlayıb.

Yeri gəlmişkən, uşaqların vəziyyətini bir qədər asanlaşdırmaq üçün Əsədov valideynlərə yüngül çantalar seçməyi, artıq yükdən imtina etməyi məsləhət görür.

Azərbaycandan fərqli olaraq, qonşu Rusiyada müxtəlif siniflər üçün çantaların çəkisinin normativi mövcuddur. "Ümumtəhsil müəssisələrində tədrisin təşkili və şəraitinə dair sanitar-epidemioloji tələblər"ə əsasən, birinci-ikinci siniflərdə məktəb çantasının maksimal yuxarı çəkisi 1,5 kq olmalıdır. 3-4-cü siniflərdə bu rəqəm 2, 5-6-cı siniflərdə 2,5, 7-8-ci siniflərdə 3,5, 9-11-ci siniflərdə isə 4 kiloqramdır.

Azərbaycana gəldikdə isə qeyd etmək yerinə düşər ki, Təhsil Nazirliyinin dərsliklərin çəkisi və keyfiyyətinə dair yeni planları həyata keçərsə, yeni "yüngül" kitablar partalarda yalnız 2021-ci ildə peyda olacaq.

Xəbər lenti
0