ELM

Deputat dərslik yazanların məsuliyyətə cəlb olunmasını tələb etdi

© Photo : 525-ci QəzetAqil Abbas
Aqil Abbas - Sputnik Azərbaycan
Abunə olmaq
O bildirib ki, bəzi dərsliklər televiziyadan da zərərli informasiya yayırlar

BAKI, 16 oktyabr — Sputnik. “Dərsliklərdə çoxlu sayda zərərli informasiya var. Bunlar haqqında mətbuat yazır, ekspertlər danışır, amma heç bir addım atılmır. Bunu hazırlayanlar məsuliyyətə cəlb edilməlidir”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında “Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bəzi dərsliklər televiziyadan da zərərli informasiya yayırlar. Həmin dərsliklərdə mənasız şeirlər yazılır, mətnlər yayılır: “İkinci sinif şagirdinə “Dağlıq Qarabağın qayıdışına inanırsınızmı” kimi suallar verilir. Uşaq isə “yox” deyib, ata da öz uşağını döyüb. Bu dərslikləri hazırlayanlar məsuliyyət daşımalıdırlar”.

“Üçüncü sinif dərsliyində erotikadan bəhs olunur. Sanki bunlara nəzarət yoxdur. Bundan başqa, bəzi dərsliklərdə yazılanlar ləhcə ilə yazılır. Sonra da deyirlər ki, insanlar niyə uşaqlarını rus dili bölməsinə qoyurlar? Çünki orada belə şeylər yoxdur” — deyə deputat bildirib.

Xəbər lenti
0