Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı idmançı məşqdə ağır zərbə alıb

© © ATF-ın mətbuat xidmətiTaekvando qarşılaşması, arxiv şəkli
Taekvando qarşılaşması, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Müəllim məşq zamanı ağciyərindən zədələnib, təcili əməliyyat olunub

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 18 may — Sputnik. Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat məktəbində məşq zalında bədbəxt hadisə baş verib. Məktəbdə məşq keçən taekvando müəllimi Beyrək Bağırov məşq zamanı ağır yaralanıb.

© © Beyrək Bağırovun şəxsi arxivindənTaekvando müəllimi Beyrək Bağırov xəstəxanada
Azərbaycanlı idmançı məşqdə ağır zərbə alıb - Sputnik Azərbaycan
Taekvando müəllimi Beyrək Bağırov xəstəxanada

Bu barədə Sputnik Azərbaycan-a məşqçi özü açıqlama verib: "Ağır çəkili idmançıma pəncə (lapa) tutmuşdum. O, pəncəyə zərbə vuran zaman ayağı sürüşdü və zərbəsi mənə dəydi".

"Zərbə dəyəcəyini gözləmirdim. Ona görə özümü müdafiə etmədiyim üçün zərbə qabırğama dəydi. Bu zaman ağciyərimin aşağı hissəsi zədələndi. Zədə daxili qanaxma verdi və təcili əməliyyat olundum" - Bağırov bildirib.

İdmançı vurğulayıb ki, hazırda özünü yaxşı hiss edir: "İdmandır. Məşqdə də, yarışda da hər şey ola bilər. Qismət beləymiş. Tezliklə sağalıb məşqə geri dönməyə çalışacam".

Xəbər lenti
0