Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı idmançı 59 saat susuz qalıb: Ölümdən qayıtdım

© Sputnik / Tarana KhudabakhshiyevaSeymur Sadıqov
Seymur Sadıqov - Sputnik Azərbaycan
Abunə olmaq
Turnirə hazırlıq ərəfəsində çox böyük çətinliklərdən keçməli olan Seymur Sadıqov, əziyyətinin bəhrəsini görüb.

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 17 may — Sputnik. Bir neçə gün öncə "Elektra Events Hall"da ATEF GYM-ın təşkilatçılığı ilə bodybulding, klassik bodybulding, "Mens fizik" və bikini-fitnes üzrə açıq turnir keçirilib. Yarışda "Gömrükçü" İdman Klubunun təmsilçiləri Seymur Sadıqov gümüş, Orxan Kazımovski bürünc medal əldə ediblər.

Turnirlə bağlı fikirlərini Sputnik Azərbaycan-a bildirən 75 kilo çəki dərəcəsində gümüş medala layiq görülmüş Seymur Sadıqov deyib ki, Azərbaycan səhnəsində hər bir nailiyyəti əldə etdiyinə görə o, artıq özünü Avropa səhnəsində sınamaq fikrindədir:

"Bundan sonrakı məqsədim bayrağımızı xarici ölkələrdə ucaltmaqdır. Adətən mənim çəkim 90 kq olur. Yarışa isə 75 kq çəki dərəcəsində çıxıram. Ancaq çəkimi 90 kilodan 100 kiloya qaldıracağam ki, yarışlara 80-85 kiloda çıxım."

© Sputnik / Tarana KhudabakhshiyevaSeymur Sadıqov (mərkəzdə)
Azərbaycanlı idmançı 59 saat susuz qalıb: Ölümdən qayıtdım - Sputnik Azərbaycan
Seymur Sadıqov (mərkəzdə)

Sadıqov bildirib ki, turnirə hazırlıq ərəfəsində çox böyük çətinliklərdən keçməli olub: "Yarış üçün xüsusi məşqlərə 6 ay qalmış başladım. Bu müddət ərzində ancaq məşqə yox, yeməyə də diqqət ayırmalıyıq. Hər gün səhər 15 yumurta ağı, herkules, kəsmik yeyirdim. Günorta menyusunda isə 200 qram düyü, 150 qram toyuğun döş ətini yeyirdim. Axşamlar isə 200 qram balıq, kahı, xiyar, pomidor ilə qidalanırdım. Hər gün eyni qidaları yemək də başqa bir zülmdür. Meyvələrdən banan, armud şaftalı və üzüm yemək qəti olmaz. Ancaq kivi, alma, ananas və qreyfurt yemək olar."

S.Sadıqovun sözlərinə görə, yarışa bir neçə gün qalmış yeməyi tamamilə azaldıb, mayeni isə ümumiyyətlə qəbul etməyib. Bu isə onun vəziyyətini ağırlaşdırıb: "Hazırlıq zamanı qidalarla bağlı ölümdən qayıtdım. Bu yarışda 59 saat ərzində yediyim yemək ancaq 100 qram toyuğun döş əti idi. Hər 4 saatdan bir 100 qram qəbul edirdim. Su içmək isə qəti olmazdı".

© Sputnik / Tarana KhudabakhshiyevaSeymur Sadıqov
Azərbaycanlı idmançı 59 saat susuz qalıb: Ölümdən qayıtdım - Sputnik Azərbaycan
Seymur Sadıqov

Bütün bu çətinliklərə baxmayaraq, əsas olan nəticədir və idmançı da bu əziyyətin bəhrəsini görüb.

Qeyd edək ki, Seymur Sadıqov 2014-2015-ci illərdə bürünc medal qazanıb, 2016-cı ildə isə 4-cü olub. 2017-ci ildə gümüş, 2018-ci ildə qızıl medala yiyələnib. 2019-cu il martın 12-sində keçirilən ATEF GYM açıq turnirində bodybulding idman növü üzrə 75 kq çəki dərəcəsində 2-ci yerə çıxıb.

Xəbər lenti
0