CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aqronom və istehsalçıların görüşdüyü yer - Qida sənayesi sərgisi necə keçdi

Abunə olmaq
Ölkəmiz 25-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “World Food Azerbaijan 2019” və 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgilərinə ev sahibliyi edib. Sərgilərin ən maraqlı məqamlarını videomuzda izləyin.

15-17 may tarixlərində Ekspo Mərkəzində keçirilən sərgi aparıcı yerli və beynəlxalq istehsalçılar, həmçinin fermerlərin birbaşa ünsiyyət qurması üçün unikal platformaya çevrilib. Bundan başqa, ölkəmiz bu sahədə əldə etmiş nailiyyətlərini sərgiləyib.

“Qaynasın qazanlar!” və ya Azərbaycanda ilk Aşpazlar Çempionatı keçirilir  - Sputnik Azərbaycan
VİDEO
“Qaynasın qazanlar!” və ya Azərbaycanda ilk Aşpazlar Çempionatı keçirilir

Azərbaycan bazarına çıxmaq istəyən şirkətlər isə öz məhsullarını birbaşa Azərbaycan istehlakçılarına təqdim ediblər.

Builki ekspozisiya 32 ölkəni təmsil edən 440 şirkət və 11 milli və regional qrupu bir araya gətirib.

Qeyd edək ki, bu il sərgi çərçivəsində ilk dəfə “Chefs Cup” aşpazlar çempionatı keçirilib. Bu müsabiqə Azərbaycan kulinariyası üçün ilk olmaqla yanaşı, ölkəmizdə qastronomik turizmin inkişafına yönəlib.

Sputnik Azərbaycan “World Food Azerbaijan 2019” və “Caspian Agro” sərgilərinin informasiya tərəfdaşıdır.

Xəbər lenti
0