CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Qaynasın qazanlar!” və ya Azərbaycanda ilk Aşpazlar Çempionatı keçirilir

Abunə olmaq
Azərbaycanda ilk dəfə aşpazlar arasında çempionat keçirilir. Ən yaxşı aşpaz adı uğrunda qızğın mübarizəni Sputnik Azərbaycan-ın videosunda izləyin.

Bakı Ekspo Mərkəzində keçirilən “World Food Azerbaijan” sərgisi çərçivəsində ilk dəfə olaraq “Chefs Cup” çempionatı keçirilir. 18 komanda Azərbaycanın ən yaxşı aşpazı adı uğrunda mübarizə aparır. Onların taleyi isə bütün dünyada tanınmış kulinariya ustadlarından ibrət hakimlər komandasının əlindədir.

Çempionatın təşkilatçıları restorator Eyvaz Hüseynov, bloqer Fərhad Aşurbəyli və baş aşpaz Orxan Muxtarovdur. Aşurbəylinin dediyinə görə, bu çempionatın əsas məqsədlərindən biri də Azərbaycanda qastro-turizmin inkişaf etdirilməsidir. Onun sözlərinə görə, məhz cavan aşpazlara daha çox təcrübə əldə etmək şansı verməklə, onlar üçün beynəlxalq çempionat və ustad dərslərinə qapı açmaqla ölkədə qastronomik turizmi olduqca irəli aparmaq olar. Təşkilatçılar çempionatı hər il keçirməyə söz veriblər.

Çempionatın əsas mükafatı isə “Qızıl Şah” kubokudur. Belə bir ad seçimi heç də təsadüfi deyil. Belə ki, yarışma Azərbaycanın dahi aşpazı və kulinariyamızın banisi hesab edilən Şahhüseyn Kərimovun şərəfinə keçirilir.

Xəbər lenti
0