BAKI, 17 may — Sputnik. Bu gün Milli Məclisin plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 18 məsələ daxil edilib.
İclasda "Standartlaşdırma haqqında" yeni qanun layihəsinə üçüncü oxunuşda, "Texniki tənzimləmə haqqında" yeni qanun layihəsinə ikinci oxunuşda baxılacaq.
İclasda Əmək, İnzibati Xətalar, Mülki məcəllələrdə, "Dövlət rüsumu haqqında", "Telekommunikasiya haqqında", "Yeyinti məhsulları haqqında", "Baytarlıq haqqında", "Toxumçuluq haqqında", "Əhalinin radiasiya təhlükəsizliyi haqqında", "Torpaq icarəsi haqqında", "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında", "Yol hərəkəti haqqında", "Notariat haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.
Millət vəkilləri həmçinin "Hesablama Palatası haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Təhsil haqqında", "Milli arxiv fondu haqqında", "Avtomobil yolları haqqında", "Mədəniyyət haqqında", "İcra haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar bazarı haqqında" qanunlarda dəyişiklikləri müzakirəyə çıxaracaqlar.