BAKI, 3 may - Sputnik. "Azərbaycanda aliment fondu yaradılmalıdır və buna görə ilkin olaraq 10-12 milyon manat lazımdır. Uşağın günahı deyil ki, atası aliment ödəmir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı millət vəkili Fazil Mustafa deyib.
Onun sözlərinə görə, dövlət aliment fondu vasitəsilə həmin uşaqlar üçün vəsait ödəyə, sonra aliment ödəməyən valideynlərdən həmin pulları ala bilər: "Uşaq pulunun bərpa edilməsi lazımdır və bunun 6 yaşınadək verilməsi daha yaxşı olar. İmkanlı valideynlərə bu pul verilməyə bilər".