Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Olimpiya çempionumuz yenidən idmana qayıdıb

© SputnikТогрул Аскеров против Андрея Квятковского из Украины
Тогрул Аскеров против Андрея Квятковского из Украины  - Sputnik Azərbaycan
Abunə olmaq
O, Qazaxıstanda keçiriləcək dünya çempionatında iştirak edəcək

BAKI, 14 may — Sputnik. Azərbaycanlı güləşçi Toğrul Əsgərov yenidən məşqlərini bərpa edib. Uzun müddətdir zədədən əziyyət çəkən güləşçi tezliklə mübarizələrə qoşulacaq.

Bu barədə Sputnik Azərbaycan-a Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı açıqlama verib. Onun sözlərinə görə, Olimpiya çempionu yenidən döşəyə çıxaraq formasını özünə qaytarır: "Sentyabrda Qazaxıstanda keçiriləcək dünya çempionatında iştirak edəcək".

Xatırladaq ki, Rio Olimpiadasından qayıdandan sonra T.Əsgərovun boyun nahiyəsində – onurğa sütunu fəqərəsində ciddi zədə yaranıb. O, bu zədə ilə məşqlərə davam edə bilməyib və uzun zaman həkim nəzarəti altında olub.

Xəbər lenti
0