SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan-Gürcüstan sərhədindəki problemə dair rəsmi bəyanat: Müsbət gözlənti var

© Sputnik / Ilham MustafayevAğstafa rayonu ərazisindəki "Keşikçidağ" mağaralar kompleksi
Ağstafa rayonu ərazisindəki Keşikçidağ mağaralar kompleksi - Sputnik Azərbaycan
Abunə olmaq
"Gözlənti ondan ibarətdir ki, Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası qısa müddət ərzində yekunlaşdırılacaq"

BAKI, 14 may — Sputnik. 14 may 2019 tarixində Bakıda Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Xələf Xələfov ilə Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsaliya arasında görüş keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib. 

Ağstafa rayonu ərazisindəki Keşikçidağ mağaralar kompleksi - Sputnik Azərbaycan
Gürcüstanla sərhədin taleyi həll olunur – Qarşı tərəf komissiya yaratdı

Bildirilib ki, müvafiq dövlət qurumlarının nümayəndələrinin də iştirak etdiyi görüşdə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası məsələləri üzrə fikir mübadiləsi aparılıb. Görüş nəticəsində iki dövlət arasında razılaşdırılmamış sahələr üzrə müzakirələrin Dövlət Komissiyalarının gələn həftə keçiriləcək növbəti iclasında davam etdirilməsi qərara alınıb.

"Məlum olduğu kimi, Azərbaycan və Gürcüstan arasında sərhəd hələ SSRİ dövründə müəyyən olunub. Hər iki ölkənin müstəqilliyi əldə olunduqdan sonra Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq Dövlət komissiyaları yaradılıb və indiyədək Komissiyaların 11 iclası keçirilib" - deyə XİN-dən məlumat verilib.

Qeyd olunub ki, bu proses çərçivəsində 480 km-lik Azərbaycan – Gürcüstan dövlət sərhədinin əksər hissəsinin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib. Hazırda 166 km-lik hissələr üzrə ekspertlər səviyyəsində iş davam etdirilir.

"Cari il Pasxa bayramı ərəfəsində Gürcüstan sərhədçiləri Azərbaycanın "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən obyektlərinə asanlaşdırılmış qaydada keçidin təmin edilməsi barədə müraciət ediblər. Gürcüstanla mövcud sıx əməkdaşlıq ruhuna uyğun olaraq, bu müraciət Azərbaycan tərəfindən müsbət cavablandırılıb" - məlumatda vurğulanıb.

Azərbaycan XİN diqqətə çatdırıb ki, Gürcüstan tərəfindən eyni rejimin növbəti həftəyə şamil edilməsi baradə yeni müraciət daxil olub: "Azərbaycan tərəfi bu müraciətə də anlayışla yanaşaraq, iki ölkə arasında sərhədin delimitasiyası məsələsinin ən qısa müddət ərzində yekunlaşdırılmasının vacib olduğunu bəyan etdi. Gözlənti ondan ibarətdir ki, Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası qısa müddət ərzində yekunlaşdırılacaq".

Xəbər lenti
0