Gürcüstanla sərhədin taleyi həll olunur – Qarşı tərəf komissiya yaratdı

© Sputnik / Ilham MustafayevAğstafa rayonu ərazisindəki "Keşikçidağ" mağaralar kompleksi
Ağstafa rayonu ərazisindəki Keşikçidağ mağaralar kompleksi - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia komissiyanın sədri təyin olunub

BAKI, 10 may — Sputnik. “Gürcüstan hökuməti bugünkü iclasında Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası üzrə komissiyanın tərkibini təsdiq edib”.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia komissiyanın sədri təyin olunub.

XİN başçısı komissiyanın ilk iclasının gələn həftə - mayın 14 və ya 15-də keçiriləcəyini qeyd edib.

Xəbər lenti
0