Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Nazirlik erməni əsilli futbolçu ilə bağlı iddialara aydınlıq gətirdi

© AP Photo / Alastair GrantГенрих Мхитарян
Генрих Мхитарян - Sputnik Azərbaycan
Abunə olmaq
Gənclər və İdman Nazirliyi Mxitaryana təhlükəsizlik təminatı verilməməsi barədə iddiaya münasibət bildirib

BAKI, 12 may - Sputnik. Gənclər və İdman Nazirliyi İngiltərənin "Arsenal" klubunun erməni əsilli futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında iştirakla bağlı Azərbaycanın təhlükəsizlik təminatını verməməsi barədə iddiaya münasibət bildirib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bundan öncəki illərdə ölkəmizdə keçirilmiş Birinci Avropa Oyunları, Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi dövlət tərəfindən iştirakçı ölkələrə təhlükəsizlik təminatı ilə bağlı məktub göndərilib.

Nazirlik bu səbəbdən deyilənlərin heç bir reallığa sağmadığını vurğulayıb.

Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Həlledici görüşdə "Arsenal"la "Çelsi" qarşılaşacaqlar.

Xəbər lenti
0