Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Futbol oynayan Tereza Meyi sosial şəbəkədə ələ salıblar

© REUTERS / HENRY NICHOLLSПремьер министр Великобритании Тереза Мэй
Премьер министр Великобритании Тереза Мэй - Sputnik Azərbaycan
Abunə olmaq
Tereza Mey uğursuz piar edib

BAKI, 12 may - Sputnik. Twitter istifadəçiıəri uşaqlarla futbol oynamış Böyük Britaniyanın baş naziri Tereza Meyi lağa qoyublar. 

Mey sosial şəbəkədə "İngilis futbolu üçün tarixi həftə" başlıqlı video yerləşdirib. Baş nazir bu videonu Avropa kuboklarının finalına vəsiqə qazanmış "Liverpul", "Tottenhem", "Çelsi" və "Arsenal"a həsr edib.

"İnanılmazdır: Siz futbolçu kimi daha yaxşısız, nəinki Baş nazir kimi", - @RJW_esq profilinin sahibi yazıb.

"Sizin piarçı qəsdən gülüş üçün təxribatla məşğuldur", - @srijandeep qeyd edib. 

"Nəyisə yaxşı eləmək Sizin üçün yad olan konsepsiyadır?", - @mattopen maraqlanıb.

"Britaniyanın baş naziri niyə belə tez-tez gülünc vəziyyətə düşür?", - @andybrexiteer təəccübünü gizlətməyib. 

"Qapıdan bu qədər qol buraxsam, başqa idman növünü seçmək barədə düşünərdim", - @smiley_0219 bildirib.

Xəbər lenti
0