CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yarış zamanı qəribə hadisə olub - VİDEO

© AP Photo / Richard VogelLos Ancelesdə mobil telefonla zəlzələnin öncədən xəbərdarlığı izlənilir
Los Ancelesdə mobil telefonla zəlzələnin öncədən xəbərdarlığı izlənilir - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda yarış zamanı cüdoçunun kimonosundan mobil telefon düşüb

BAKI, 12 may - Sputnik. Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqə yarışında qəribə hadisə baş verib.

"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində tatami üzərinə çıxan Portuqaliya idmançısı Anri Equtidzenin kimonosundan mobil telefon düşüb.

Hadisə isveçli Robin Paçeklə 1/16 final görüşünün 13-cü saniyəsində qeydə alınıb. Nəticədə Equtidze diskvalifikasiya edilib. Qaydalara əsasən, tatamiyə kənar əşyalar gətirmək qadağandır.

Anri Equtidze gənclər arasında Avropa çempionu, müxtəlif sayda qran-prilərin mükafatçısıdır.

Böyük Dəbilqənin ilk 2 yarış günündə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar. Yarış bu gün yekunlaşacaq.

Xəbər lenti
0