BAKI, 11 may — Sputnik. ABŞ prezidenti Donald Trampın İran liderlərinə “mənə zəng edin” açıqlamasından sonra Ağ Ev nümayəndələri ABŞ-İran münasibətlərinə vasitəçilik edən isveçrəli rəsmilərə telefon nömrəsi verib.
xarici mediaya istinadən xəbər verir ki, diplomatik mənbə iranlıların bu çağırışa etinasız yanaşacağını proqnozlaşdırır. Mənbənin məlumatına görə, isveçrəlilər İran tərəfinin xüsusi tələbi olmayana qədər nömrəni açıqlaya bilməzlər.
Onu da qeyd edək ki, Trampın bəyanatı iki ölkə arasında vəziyyətin gərginləşdiyi və hərbi toqquşma ehtimalının gündəmə gəldiyi gəldiyi bir vaxtda səslənib.
Xatırladaq ki, ABŞ prezidenti ötən həftə Ağ Evdə verdiyi açıqlamada İran rəhbərliyinə nüvə proqramı ilə bağlı məsələlərin müzakirəsi üçün görüş təklif edib.