Tramp yeni iqtisadi müharibəyə başladı: Çinə 300 milyardlıq zərbə

© REUTERS / JONATHAN ERNSTДональд Трамп
Дональд Трамп - Sputnik Azərbaycan
Abunə olmaq
İctimai xəbərdarlıq və şərhlər tezliklə Federal Reyestrdə dərc ediləcək

BAKI, 11 may — Sputnik. ABŞ Prezidenti Donald Tramp, təxminən 300 milyard dollarlıq Çin mallarına illik idxal rüsumlarının artırılması ilə bağlı tapşırıq verib.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzerin mətbuat xidməti tərəfindən yayılan açıqlamada bildirilir.

"Daha əvvəl biz bu gün ABŞ prezidentinin göstərişi ilə biz, təxminən, 200 milyard dollar dəyərində Çin mallarının idxalına olan gömrük rüsumlarını 10%-dən 25%-ə artırdıq. Prezident, həmçinin dəyəri 300 milyard dollar olan və Çindən idxal edilən məhsullar üçün də gömrük rüsumlarının artırılması prosesinə başlamağı tapşırıb" - deyə açıqlamada bildirilir.

Mətbuat xidmətinin açıqlamasında qeyd edilir ki, ictimai xəbərdarlıq və şərhlər tezliklə Federal Reyestrdə dərc ediləcək.

Xəbər lenti
0