BAKI, 11 may – Sputnik. Pakistanda bir neçə silahlı şəxs 5-ulduzlu "Pearl Continental" mehmanxanasına hücum edib.
Sputnik Azərbaycan xəbər verir ki, hadisə ölkənin Bəlucistan vilayətinin Qvadar şəhərində baş verib. Yerli KİV-lər hücum nəticəsində təhlükəsizlik qüvvələrinin nümayəndəsinin öldüyünü bildirilir.
Ölkə ordusunun məlumatına görə, hal-hazırda ərazi mühasirəyə alınıb: "Təhlükəsizlik xidmətlərimiz rayonu nəzarətə götürüb və mehmanxananın üst mərtəbəsinə aparan pilləkəndə terrorçuları mühasirəyə alıb".
Ehtimal olunur ki, hotelə 3-4 terrorçu daxil olub.
"Pakistan Today" qəzetinin yaydığı məlumata görə, hoteldə 70-ə yaxın insan olub. Onlardan 40 nəfəri Çin vətəndaşı imiş. Oteldəkilər evakuasiya ediliblər.
Hücumla bağlı məsuliyyəti "Bəlucistan Qurtuluş Ordusu" terror qruplaşması öz üzərinə götürüb.