Hindistan-Pakistan sərhədində növbəti insident: Daha bir təyyarə düşdü

© Sputnik / Anton Denisov / Mediabanka keçid"MİG-21" qırıcı təyyarəsi
MİG-21 qırıcı təyyarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Hindistan Hava Qüvvələrinə məxsus qırıcı Pakistan sərhədindəki Bikaner şəhərində qəzaya uğrayıb.

BAKI, 8 mart — Sputnik. Hindistan-Pakistan sərhədində Hindistan ordusuna məxsus "MİG-21" qırıcısı qəzaya uğrayıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Hindistan Hava Qüvvələrinə məxsus qırıcı Pakistan sərhədindəki Bikaner şəhərində qəzaya uğrayıb.

Tu-22M3 bombardmançı təyyarəsi - Sputnik Azərbaycan
Ağır bombardmançı təyyarə qəzaya uğradı

Qırıcının pilotu sağ qalıb. Təyyarə adi uçuş həyata keçirirmiş və Pakistan tərəfindən vurulmayıb.

Hələlik qırıcının qəzaya uğramasının səbəbi bilinmir. Hindistan ordusunun rəhbərliyi istintaq başlanacağını açıqlayıb.

Qeyd edək ki, Hindistan ilə Pakistan arasındakı son gərginlik Kəşmirin Hindistanın idarəsi altında olan hissəsində baş verən terror hücumu ilə başlayıb. Həmin terrorda 44 nəfər ölüb. Hücum ilə bağlı Hindistan Pakistanı ittiham edib. Pakistan isə bu ittihamları rədd edib.

Bundan sonra iki dövlətin aviasiyasının da iştirak etdiyi döyüş olub. İnsident nəticəsində hər iki tərəfin təyyarəsi vurulub, ölən və yaralananlar var.

Xəbər lenti
0