“Azərbaycandakı əksər idman qurğuları “Bakı 2019”a hazırdır. Yalnız bəzilərinə müəyyən avadanlıqlar alınacaq”. Bunu Gənclər və İdman naziri Azad Rəhimov “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.
İdman şərhçisi Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, Bakıda keçiriləcək yarış irimiqyaslı olmaqla yanaşı, həm də gələcək olimpiyaçıların yetişməsi baxımından əhəmiyyətlidir:
“Xüsusən də gənc idmançıların idmanın fəlsəfəsini anlaması, böyük idman yarışlarının abu-havasının duya bilməsi baxımından belə yarışlar önəm kəsb edir. Biz bir çox hallarda da şahidi olmuşuq ki, gənc yaşlarında belə turnirlərdə uğurlu çıxış edən idmançılar gələcək kariyeralarında uğurlarını davam etdirirlər”.
Rövşən Binnətlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz