Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda "Tapança Adil" həbs edildi

© Sputnik / Rahim MuradovBabali Əlizadədən götürülən "Makarov" tipli tapança, həmin silaha aid patron darağı və 6 ədəd patron
Babali Əlizadədən götürülən Makarov tipli tapança, həmin silaha aid patron darağı və 6 ədəd patron - Sputnik Azərbaycan
Abunə olmaq
A.Kəngərli barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib

BAKI, 6 may — Sputnik. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Пистолет и боеприпасы к нему, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Xidməti otağında özünü tapança ilə vuran polisdən xəbər var

Belə ki, Baş İdarəyə paytaxt sakini "Tapança Adil" ləqəbli Adil Kəngərlinin qanunsuz olaraq odlu silah əldə etməsi və gizlətməsi barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyat nəticəsində həmin şəxs Xətai rayonu General Mehmandarov küçəsində saxlanılıb. Onun yaşadığı mənzildən sandıqçasında 6 ədəd patron olan "Makarov" markalı tapança və 1 ədəd metal dəyənək aşkar olunaraq götürülüb.

Qeyd edək ki, A.Kəngərli indiyə qədər Cinayət Məcəlləsinin oğurluq, quldurluq, qanunsuz olaraq odlu silah əldə etmə və saxlama maddələri ilə dəfələrlə məhkum olunub. Onun barəsində Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 228.1(Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. A.Kəngərli barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti
0