CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xidməti otağında özünü tapança ilə vuran polisdən xəbər var

© Sputnik / Irade JELILПистолет и боеприпасы к нему, фото из архива
Пистолет и боеприпасы к нему, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İstintaq polisin intiharını istisna edir: Hadisə tabel silahla ehtiyatsız davranma nəticəsində baş verib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. Özünü başından vuran polis leytenantının vəziyyəti indiyə qədər ağır olaraq qalır. Bunu Sputnik Azərbaycan-a Nəsimi rayon Polis İdarəsindən bildiriblər.

Qeyd edək ki, ötən şənbə günü — iyunun 30-da Nəsimi rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin məsul əməkdaşı — 1992-ci il təvəllüdlü İsmayılov Rüfət Vaqif oğlu özünün xidməti otağında tabel silahla ehtiyatsız davranması ucbatından başından xəsarət alıb. Azərbaycanla Türkiyənin birgə istehsalı olan Zəfər tipli tapançadan güllə yarası alan polis leytenantı Kliniki Tibbi Mərkəzdə ağır vəziyyətdə yatır.

İnsidentin araşdırılması ilə AR Daxili İşlər Nazirliyinin Nəsimi rayon Polis İdarəsi məşğuldur. İstintaq hadisənin intihar olma ehtimalını istisna edir. Çünki bu halda İsmayılov nişan alardı. Lakin hadisə tapançanın nazaslığı ucbatından baş verib.

Qeyd edək ki, "Zəfər K" tipli tapança ilk dəfə 2014-cü ildə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin "İqlim" zavodunda Türkiyənin "TİSAŞ" şirkəti ilə birgə istehsal edilib. Bu silah "ADEX-2014"-də nümayiş etdirilib. "Zəfər-K" tapançasının atış məsafəsi 50 m, maqazin tutumu isə 15 patrondur. 9x19 mm NATO standartlı patronlarla atəş açan "Zəfər" tapançaları bütün qoşun birləşmələri, həmçinin xüsusi təyinatlıları silahlandırmaq üçün nəzərdə tutulub. "Zəfər"-in lüləsinin atış ömrü minimum 25.000 atəşdir. Azərbaycan MSN-in istehsalı olan bu tapançalar istənilən hava şəraitində istifadə edilə bilir.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, əgər tapança nazasdırsa, o, hətta tətiyə basılmadan belə yerə düşəndə atəş aça bilər. Demək olmaz ki, İsmayılov silahla davranış qaydalarını bilmirdi. Hər həftənin cümə axşamı polis əməkdaşları tabel silahların vəziyyətini və saz olub-olmadığını yoxlamaq üçün tirdə məşq keçirlər.

Hazırda faktla bağlı ballistik ekspertiza təyin edilib.

Xəbər lenti
0