BAKI, 6 may — Sputnik. Salyan rayonunda yol qəzası baş verib. Sputnik Azərbaycan xəbər verir ki, hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Səhiyyə Nazirliyi Salyanda mikroavtobusun qəzaya düşməsi ilə bağlı ilkin məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, hadisə zamanı 1 uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib.
Qeyd olunub ki, 1-i sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib: “Onlardan 6-sının vəziyyəti normal, 1-inin vəziyyəti isə ağır stabil qiymətləndirilir”.
İlkin məlumata görə, qəzaya düşənlər Biləsuvardan Bakıya yarışa gələn gənc güləşçilər olub.