Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Aran bölgəsində ağır qəza baş verib, ölən və yaralananlar var

© Sputnik / Murad OrujovКарета скорой помощи в Баку, фото из архива
Карета скорой помощи в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda faktla bağlı araşdırma aparılır

BAKI, 5 may — Sputnik. Sabirabad rayonunda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə Salyan-Şirvan yolunda, Xankeçən kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetməni itirərək yolun kənarına aşıb. Qəza nəticəsində rayon sakinləri - 1984-cü il təvəllüdlü Fərzəliyev Saməddin İbrahim oğlu, 1964-cü il Əhmədova Xatirə Aslan qızı və 1968-ci il təvəllüdlü Əhmədova Sevda Zakir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. S.Fərzəliyev xəstəxanada dünyasını dəyişib. Digər iki nəfər isə travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0