SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyənin iki nəhəng siyasətçisi Ərdoğana qarşı birləşirlər

© AP Photo / BURHAN OZBILICITürkiyənin 11-ci prezidenti Abdullah Gül və sabiq baş nazir Əhməd Davudoğlu
Türkiyənin 11-ci prezidenti Abdullah Gül və sabiq baş nazir Əhməd Davudoğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Abdullah Gül ilə Əhməd Davudoğlu arasında bir müddətdir davam edən soyuqluğun aradan qaldırıldığı iddia edilir

BAKI, 4 may — Sputnik. Türkiyənin 11-ci prezidenti Abdullah Gül və sabiq baş nazir Əhməd Davudoğlu tək bir partiya yaradacaq.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, KİV-də yayılan məlumatda Abdullah Gül ilə Əhməd Davudoğlu arasında bir müddətdir davam edən soyuqluğun aradan qaldırıldığı iddia edilir və onların vahid partiya yaradacağı bildirilir.

Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган во время встречи - Sputnik Azərbaycan
Putinlə Ərdoğan Liviya və Suriyanı müzakirə ediblər

Məlumata görə, sabiq iqtisadiyyat naziri Əli Babacan yeni yaradılacaq partiyanın sədri olmaq istəmir, amma yeni partiyada vəzifə alacağını təsdiqləyir.

Ə.Davudoğlunun A.Gülə "əgər yeni partiyanın sədri olmaq istəyirsinizsə, bizə də sizin rəhbərliyiniz altında işləmək yaraşar"- dediyi vurğulanır. A.Gül isə partiya sədri olmaq istəmədiyin açıq şəkildə söyləyib.

Məlumata görə, ən geci 1 ay sonra partiyanın rəsmiləşdirilməsi gözlənilir.

Qeyd edək ki, daha əvvəl Türkiyə KİV-də yayılan məlumata görə, Əhməd Davudoğlunun rəhbərliyi ilə yeni partiya yaradılacaq. Məlumata əsasən, yeni partiyanın yaradılmasında baş nazirin sabiq müavini Əli Babacan da iştirak edəcək.

Xatırladaq ki, Əhməd Davudoğlu 2014-cü ilin avqustundan 2016-cı ilin mayına qədər Türkiyənin baş naziri olub. 2014-cü ilin avqustundan 2016-cı ilin mayına qədər o, həmçinin Ədalət və İnkişaf Partiyasına rəhbərlik edib.

Xəbər lenti
0