BAKI, 2 may - Sputnik. UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, "Barselona" İspaniyada İngiltərə "Liverpul"unu qəbul edib. Görüşdə hesabı 26-cı dəqiqədə Luis Suares açıb - 1:0. Lionel Messi 75-ci dəqiqədə "Barselona"nın ikinci qolunu vurub. 82-ci dəqiqədə Messi fərqi üç topa çıxarıb - 3:0. Görüş bu hesabla başa çatıb.
Bu komandalar arasında cavab görüşü mayın 7-də olacaq.
Çempionlar Liqasının digər yarımfinal cütlüyündəki komandalar da ilk oyunlarını keçiriblər. "Tottenhem" İngiltərədə Hollandiya "Ayaks"ını qəbul edib. Görüş 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Yeganə topu 15-ci dəqiqədə van de Beek vurub. Bu cütlüyün ikinci qarşılaşması mayın 8-də olacaq.
Çempionlar Liqasının finalı iyunun 1-də Madriddə keçiriləcək.