CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gürcüstan prezidentinin "tvit"i qalmaqal yaratdı

© Sputnik / Alexander ImedashviliSalome Zurabişvilinin Facebook sosial şəbəkəsində şəxsi hesabı
Salome Zurabişvilinin Facebook sosial şəbəkəsində şəxsi hesabı - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Tramp Salome Zurabişvilinin "Twitter" hesabına necə yol tapıb: mətbuat xidməti kiberhücumdan şübhələnir

BAKI, 30 aprel — Sputnik. Gürcüstan prezidentinin mətbuat xidməti dövlət başçısının "Twitter" sosial şəbəkəsindəki şəxsi hesabına mümkün kiberhücumları istisna etmir. Bunu Sputnik Gürcüstan-a prezidentin mətbuat katibi Xatiya Moistsrapişvili deyib.

ABŞ prezidenti Donald Trampın yazdığı tvit təsadüfən Salome Zurabişvilinin səhifəsində peyda olub və bir saat orada qalandan sonra silinib. Lakin bu vaxt bir sıra gürcü KİV-lərinə bundan beynəlxalq qalmaqal yaratmaq üçün kifayət edib.

Rusiya prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşüb - Sputnik Azərbaycan
Tramp və Putin Venesuelada baş verənləri diqqətlə izləyir

Özünə hər zaman arxayın olan və qalmaqallardan qorxmayan Tramp 2020-ci il prezident seçkilərində rəqibi olacaq Co Baydenin Pensilvaniya ştatındakı ilk çıxışına özünəməxsus şəkildə münasibət bildirib. Tramp "Twitter"dəki bir neçə postunda öz rəqibini "Yuxulu Co" adlandırıb.

"Yuxulu Co özünün ilk görüşünü böyük Pensilvaniya ştatında keçirib. Əlbəttə, o bilmir ki, hazırda Pensilvaniya ən aşağı işsizlik göstəricilərinə, mis sənayesinin inkişafına və böyük gələcəyinə görə öz tarixinin ən uğurlu şəhərlərindən biridir", - deyə ABŞ prezidenti Zurabişvilinin səhifəsində yayılan və bir saat sonra pozulan postunda yazıb.

Gürcüstan prezidentinin administrasiyası bəyan edib ki, Zurabişvili Trampın postunu paylaşmayıb.

Предприниматель Илон Маск - Sputnik Azərbaycan
Ehtiyatsız tvitdən sonra məşhur şirkətin səhmləri düşdü

"Texniki səhv olub. Bizdə olan ilkin məlumata görə, həmin postu sosial şəbəkələrin idarə edilməsi üzrə menecer yayıb. Lakin belə bir versiya da var ki, ola bilsin, bu, kiberhücumun nəticəsidir. Bununla əlaqədar olaraq, biz istintaq orqanlarına müraciət etməyə hazırlaşırıq" - deyə Moistsrapişvili bildirib.

2009-2017-ci illərdə prezident Barak Obamadan sonra ikinci dövlət postunu - vitse-prezidentliyi tutan Bayden demokrat partiyasının 2020-ci ildə seçkilərdə iştirak edəcək ən populyar namizədlərindən biri sayılır.

Xəbər lenti
0