BAKI, 6 oktyabr — Sputnik. "Tesla" şirkətinin səhmləri onun banisi İlon Maskın "Twitter"-də növbəti mesajlarından sonra 7% aşağı düşüb. Sputnik Azərbaycan xəbər verir ki, öz mesajlarında ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyasını tənqid edib.
Mask növbəti tvitində SEC-i spekulyasiyalarda ittiham edib.
"Sadəcə Spekulyasiya Komissiyası (Shortseller Enrichment Commission) inanılmaz işlər görür. Adın dəyişdirilməsi də mövzuya uyğundur", — deyə Mask komissiyanın adının abreviaturanı ironik olaraq dəyişib.
Qeyd edək ki, "Tesla" elektrik avtomobillərinin istehsalçısı şirkətinin yaradıcısı və icraçı direktoru Elon Mask ABŞ-da maliyyə bazarlarında fırıldaqçılıq işi üzrə ABŞ rəhbərliyi ilə işbirliyinə gedir.
Sahibkar şirkət rəhbəri postunu saxlayacaq amma direktorlar şurasının sədri postundan gedəcək və 20 milyon dolar həcminə cərimə ödəyəcək.
Mask və ABŞ-ın qiymətli kağızlar və birjalar üzrə Komissiyası arasında əldə olunan razılaşma məhkəmə tərəfindən təsdiqlənməlidir. Razılaşma əsasında Mask 45 gün ərzində direktorlar şurasının sədri postundan getməlidir. O, həmçinin üç il ərzində posta geri qayıtmayacaq.
Bundan əlavə, "Tesla" şirkətinin özü 20 milyon dollar cərimə ödəyəcək. Firma, həmçinin şuraya iki müstəqil direktor cəlb edəcək və Maskın investorlarla əlaqələrinə nəzarət edəcək komitə təsis edəcək.