Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın dünya ölkələri arasındakı yeri ilk 10-luqdadır - Yeni reytinq

© Sputnik / Murad Orujov42 Всемирная шахматная олимпиада в Баку
42 Всемирная шахматная олимпиада в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkəmizin mövqeyi bu dəfəki siyahıda Ermənistandan bir addım öndədir

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 1 may — Sputnik. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) 1 may 2019-cu ildə açıqladığı reytinqdə 5-ci yerdə qərarlaşıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat FİDE-nin rəsmi saytında yer alıb.

Rusiyalı şahmatçı Vladimir Kramnik - Sputnik Azərbaycan
Şahmatda bir dövr qapandı

Şahmatçının aktivində 2781 reytinq balı var ki, o da holland həmkarı Anişa Qiridən 6 bal aşağı, fransız Maksim Vaşe-Laqravdan 1 bal yuxarıdır. Azərbaycanın digər beynəlxalq qrossmeysteri Teymur Rəcəbov isə 2759 balla 12-ci mövqedə qərarlaşıb.

Aktivində 2682 balı olan Arkadi Naydiç reytinqdə 58-ci yeri tutur. Şahmatçıların dünya reytinqinin Top-100-lüyünə 97-ci yerdə qərarlaşan azərbaycanlı şahmatçı Qadir Hüseynov da düşüb.

Digər azərbaycanlı şahmatçılarınsa reytinq balları belədir: Raud Məmmədov (2650), Nicat Abbasov (2636), Eltac Səfərli (2624), Vasif Durarbəyli (2623).

Dünyanın qadın şahmatçılarının reytinqində azərbaycanlı şahmatçı Günay Məmmədova 2436 balla 40-cı yerdədir. Dünyanın qadın şahmatçılarının Top-100-lüyünə digər azərbaycanlı şahmatçı Xanım Balacayeva da düşüb. O, 2373 balla 92-ci yerdə qərarlaşıb.

Şahmatçıların dünya reytinqində ilk onluğu bu şəxslər tutub: 1. Maqnus Karlsen (Norveç, 2861), 2. Fabiano Karuana (ABŞ, 2816), 3. Din Lijen (Çin, 2805), 4. Aniş Qiri (Hollandiya, 2787), 5. Şəhriyar Məmmədyarov (Azərbaycan, 2781), 6. Maksim Vaşye-Laqrav (Fransa, 2780), 7. Vişvanatan Anand (Hindistan, 2774), 8. Yan Nepomnyaşşi (Rusiya, 2773), 10. Levon Aronyan (Ermənistan, 2762).

Buna baxmayaraq, Azərbaycanın mövqeyi şahmat dövlətlərinin reytinqində dəyişməz olaraq qalıb. FİDE-nin may reytinqində Azərbaycanın 2657 (10 əsas şahmatçının orta reytinqi) balının olduğu qeyd edilib ki, bu da ölkəmizin 6-cı yerdə olduğunu göstərir. Azərbaycan bu reytinqdə 6 balla Ermənistandan 1 addım öndədir. Ermənistan ilk onluqda 7-ci yerdə qərarlaşıb. Səkkizinci yeri isə Ukrayna tutub.

Hazırda şahmat ölkələrinin ilk onluğu belədir: 1. Rusiya (2741), 2. ABŞ (2713), 3. Çin (2710), 4. Hindistan (2669), 5. Ukrayna (2665), 6. Azərbaycan (2657), 7. Ermənistan (2651), 8. Macarıstan (2646), 9. Polşa (2639), 10. Fransa (2638).

Qadın şahmatçılara görə ölkələr reytinqində Azərbaycan 2326 göstərici ilə 10-cu yerdə qərarlaşıb. Həmin ölkələrin ilk onluğu belədir: 1. Çin (2496), 2. Rusiya (2484), 3. Hindistan (2408), 4. Ukrayna (2406), 5. gürcüstan (2405), 6. Polşa (2346), 7. Macarıstan (2338), 8. ABŞ (2333), 9. Almaniya (2333), 10. Azərbaycan (2326).

Xəbər lenti
0