ELM

Peşə təhsili alanlar pulsuz yemək, paltar və ayaqqabı ilə təmin ediləcəklər

© Sputnik / Murad OrujovКабинет министров Азербайджанской Республики
Кабинет министров Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Xüsusi peşə təhsili müəssislərinin nizamnaməsi təsdiq edilib

BAKI, 29 aprel — Sputnik. "Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi" təsdiq edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Cari ildə daha çox gəncin təhsil haqqı borcunun ödənilməsi nəzərdə tutulur"

Qərara görə, peşə təhsili müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi gəlir yalnız təhsilin inkişaf etdirilməsinə, təhsil müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsinə, təhsilverənlərin sosial müdafiəsinin təmin olunmasına yönəldiləcək.

Həmçinin, peşə təhsili müəssisəsində təhsilalanlar Təhsil Nazirliyi tərəfindən yemək, paltar, ayaqqabı ilə təmin ediləcəklər. Peşə təhsili müəssisəsində dövlət hesabına göstərilən xidmətlərin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi maliyyə normativləri ilə müəyyən edilir.

Peşə təhsili müəssisəsi təhsilalanlar üçün yaşayış və tədris binalarına, yardımçı təsərrüfata, iaşə avadanlığına, idman meydançasına, idman zalına, istehsalat emalatxanalarına, sanitariya qovşaqlarına, kitabxana, oxu zalı, klub, mövcud normativlərə uyğun təchiz olunmuş tibb məntəqəsi, yeməkxana, yataqxana, məişət otağı, camaşırxana, paltar və ayaqqabıların təmiri və gigiyena otaqları, hamam, anbar və s. xidmət otaqlarına, nəqliyyat vasitələrinə malik olur.

Xəbər lenti
0