İndoneziyada seçki dəhşəti davam edir

© AFP 2024 / OKA HAMIEDİndoneziyada seçkilər
İndoneziyada seçkilər - Sputnik Azərbaycan
Abunə olmaq
İndoneziyada səslərin sayılması zamanı ölən MSK üzvünün sayı 270-i keçib

BAKI, 29 aprel - Sputnik. İndoneziyada aprelin 17-də keçirilmiş ümumölkə seçkilərindən sonra səslərin sayılması zamanı yorğunluqdan ölənlərin sayı 272 nəfərə çatıb.

Sputnik Azərbaycan-ın “Deutsche Welle”yə istinadən verdiyi xəbərə görə, bunu Mərkəzi Seçki Komissiyasından bildiriblər.

Məlumata əsasən, normadan artıq işləməkdən daha 1878 nəfər xəstələnib. Maliyyə Nazirliyi həlak olanların ailələrinə kompensasiya verməyi boynuna götürüb.

Здание Центральной избирательной комиссии Азербайджана - Sputnik Azərbaycan
Mərkəzi Seçki Komissiyası qərar qəbul etdi

Aprelin 17-də İndoneziyada bütün səviyyələrdə eyni vaxtda seçki keçirilib. Seçici fəallığı 82% təşkil edib.

Seçkilərdə səsvermə hüququ olan 193 milyondan çox seçici qeydiyyatdan keçib. Səsvermənin rəsmi nəticələri mayın 22-də İndoneziya Mərkəzi Seçki komissiyasl tərəfindən açıqlanacaq.

Qeyd edilir ki, seçki məntəqləinin əməkdaşları seçkilərdə fasiləsiz olaraq bir neçə gün işləməyə məcbur olublar.

Exit-Pollun nəticələrinə görə, ölkənin hazırkı prezidenti Coko Vidodo prezident seçikilərində liderliyi özündə saxlayıb. O ölən şəxşlrlə əlaqədar başsağlığı verərək, onları "demokratiyanın qəhrəmanları" adlandırıb.

Xəbər lenti
0