BAKI, 22 noyabr - Sputnik. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
“Report”un xəbərinə görə, iclasda bəzi dairə seçki komissiyalarının (DSK) tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb.
Müzakirələrdən sonra bəzi dairə seçki komissiyalarına yeni üzvlər seçilib.
Sonra MSK-nın bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi məsələsi müzakirə olunub. Dəyişiklik texniki xarakterlidir.