Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 28 aprel - Sputnik. SOCAR Azərbaycan Qran Prisində “Formula 2” üzrə ikinci yarışına yekun vurulub. Sputnik Azərbaycan xəbər verir ki, artıq fəxri kürsüyə çıxacaq pilotların adı məlumdur.
Birinci yerə “DAMS”dan Nikolas Latifi layiq görülüb. İkinci yeri isə “Sauber Juniar Team by Charouz” komandasının pilotu Xuan Manuel Korrea tutub. Digər rəqiblərindən daha yaxşı nəticə göstərən "Campos Racing"dən Cek Eytken üçüncü olub.
Xatırladaq ki, bu gün keçiriləcək “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi saat 16:10-da start götürəcək.