Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 28 aprel - Sputnik. “Formula 1” üzrə SOCAR Azərbaycan Qran Prisində dövrələrin sayı azaldıqca pilotlar arasında gərginlik artır. Sputnik Azərbaycan xəbər verir ki, “Renault” komandasının pilotu Daniel Rikkardo vaxtında əyləci basmadığı üçün dövrəyə girə bilməyərək əlavə zonaya girib.
Bu zaman “Toro Rosso” komandasının pilotu Daniil Kvyat da düzgün dönə bilməyərək divara dəyib. Daha sonra Daniil Kvyat geri dönmə edən zaman rəqibinin bolidini zədələyir. Nəticədə hər iki pilotun bolidi zədələndiyi üçün yarışı vaxtından tez ayandırmalı olurlar.
“Red Bull” komandasının Pyer Qasli də yarışı dayandırmalı olub. Onun bolidində problem yarandığı üçün yarışı yarımçıq saxlayıb.
“Haas” komandasının pilotu Romen Qrojan da pitə gedərək yarışı dayandırıb. Səbəb isə boliddə olan problem olub.