BAKI, 27 aprel — Sputnik. Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran-prisində ikinci gün də gerdə qalıb. Sputnik Azərbaycan xəbər verir ki, Formula 1 üzrə sıralama yarışına yekun vurulub.
Bu dəfə "Mercedes" komandasının pilotu Valteri Bottas yarışı lider olaraq bitirib. Onun göstəricisi 1:40,495 olub.
İkinci yerdə Valteri Bottasın komanda yoldaşı Luis Hamilton olub. O, 1:40,703 göstərici ilə komanda yoldaşına uduzub.
Üçüncü yeri isə "Ferrari" komandasının pilotu Sebastyan Fettel tutub. Bu pilot 1:40.797 göstərici ilə üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, Formula 1-də əsas yarış aprelin 28-də olacaq və saat 16:00-da başlayacaq.