Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Ferrari" də sıradan çıxdı

© REUTERS / MAXIM SHEMETOV"Ferrari" komandasının pilotu Şarl Leklerin bolidi
Ferrari komandasının pilotu Şarl Leklerin bolidi - Sputnik Azərbaycan
Abunə olmaq
Şarl Lekler özünü "ağılsız" adlandırıb və təəssüfləndiyini deyib

BAKI, 27 aprel — Sputnik. Formula 1 SOCAR Azərbaycan Qran-prisində daha bir qəza baş verib. Sputnik Azərbaycan xəbə verir ki, daha öncə "Wilyams" komandasının polşalı pilotu Robert Kubiçanın etdiyi səhvi, bu dəfə "Ferrari" komandasının pilotu Şarl Lekler edib.

Wilyams komandasının polşalı pilotu Robert Kubiçanın bolidi - Sputnik Azərbaycan
İDMAN
Daha bir Formula 1 pilotu qəza törətdi

O, yaxın 30 dəqiqə ərzində trekin 8-ci döngəsində qıza törədərək yarışdan uzaqlaşıb. Şarl Lekler özünü "ağılsız" adlandırıb və təəssüfləndiyini deyib. Sıralama turu dayandırılıb. Bolid trasdan çıxarılandan sonra yenidən sıralama turu davam etdirilib.

Digər pilotlar Ləns Stroll (Racing Point), Roman Qrojan (Haas), Niko Hülkenberq (Renault), Corc Rassel ( Williams), Robert Kubitsa (Williams) isə sıralama turunu vaxtından tez bitiriblər.

Xatırladaq ki, Leklerdən əvvəl "Wilyams" komandasının polşalı pilotu Robert Kubiça qəza törədib. Döngəni vaxtından tez döndüyü üçün pilot divara çırpılıb. Nəticədə bolidə ciddi ziyan dəyib. Beləliklə pilot sıralama turunu vaxtından tez bitirməli olub.

O, komandasından üzr istəyib: "Məni bağışlayın".

Sıralama turu bolid trasdan çıxarılana kimi təxirə salınıb.

Dünən də arzuolunmaz hadisə yaşanmışdı. Belə ki, ikinci sərbəst yürüşün 16-cı dəqiqəsində "Rasinq Point" komandasının pilotu Lens Stroll qəza törədib. Pilot sürətlə hərəkət etdiyi üçün döngədə müvazinəti itirib və divara çırpılıb.

Nəticədə bolid ciddi zədə alıb. Bununla da Stroll üçün ikinci sərbəst yürüş də başa çatıb. Marşalların köməyi ilə bolid trekdən çıxarılıb.

Formula 1-də əsas yarış aprelin 28-də olacaq və saat 16:00-da başlayacaq.

Xəbər lenti
0