Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Gelael Rasselə nisbətən yaxşı qurtardı

© REUTERS / HAMAD I MOHAMMEDİtaliyanın “Prema Racing” komandasının pilotu Sean Gelael
İtaliyanın “Prema Racing” komandasının pilotu Sean Gelael - Sputnik Azərbaycan
Abunə olmaq
"Formula 2" pilotları "Formula 1" pilotlarına nisbətən daha uğurlu gün keçiriblər

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 26 aprel - Sputnik. Bakıda keçirilən “Formula 2” yarışında sıralama turu bitib. Sputnik Azərbaycan xəbər verir ki, sıralamanı birinci yerdə “Karlin” komandasının pilotu Nobuharu Matsuşita bitirib. Pilot dövrəni 1 dəqiqə 54,555 saniyəyə başa vurmağı bacarıb. 

Пилот британской команды Williams Джордж Расселл на своем болиде наехал на дренажный люк - Sputnik Azərbaycan
İDMAN
“Formula1”də ilk qəza baş verdi

“Formula 2” yarışında sıralama turniri başlayandan bir neçə dəqiqə sonra bir pilot qəza törədib. İtaliyanın “Prema Racing” komandasının pilotu Sean Gelaelin bolidində yanğın baş verib. Lakin alov dərhal söndürülüb və pilot yoluna davam edib. Sean Gelael bolidi hərəkətə gətirən zaman yanğınsöndürənlərdən biri bolidə ilişib və yıxılıb.

Xatırladaq ki, “Formula 1” SOCAR Azərbaycan Qran Prisində “Wilyams” komandasının pilotu Corc Rasselin bolidi bu gün lyukun drenajına dəyərək xəsarət alıb. 

Qeyd edək ki, “Formula 2” üzrə ilk yarış aprelin 27-də keçiriləcək və saat 12:00-da start götürəcək. Bazar günü reallaşacaq ikinci yarış isə 13:10-da başlayacaq.

Xəbər lenti
0