Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Hotel problemi Bakıya gəlmək istəyən xarici azarkeşlərin önünü kəsir"

© Sputnik / Murad OrujovКвалификационный этап Гран-при Азербайджана "Формулы-1"
Квалификационный этап Гран-при Азербайджана Формулы-1 - Sputnik Azərbaycan
Abunə olmaq
Rəhim Əliyev: "Yağışlı havada şəhər trasında sürücü səhv edirsə, bolidi divara çırpılır, nəticədə yarış ilə vaxtından tez vidalaşmalı olur"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 24 aprel — Sputnik. Bakıda sayca dördüncü Formula 1 yarışı keçiriləcək. Bir neçə gündən sonra Azərbaycan Qran Prisinə start veriləcək. Formula 1 azarkeşlərinin maraqla izlədiyi Azərbaycan Qran-Prisini Formula 1 şərhçisi, Azərbaycan Qran-Prisinin səfiri Rəhim Əliyev budəfəki yarışla bağlı Sputnik Azərbaycan-a maraqlı açıqlamalar verib.

© Sputnik / Murad OrujovAzərbaycan Qran-Prisini Formula 1 şərhçisi, Azərbaycan Qran-Prisinin səfiri Rəhim Əliyev
Hotel problemi Bakıya gəlmək istəyən xarici azarkeşlərin önünü kəsir - Sputnik Azərbaycan
Azərbaycan Qran-Prisini Formula 1 şərhçisi, Azərbaycan Qran-Prisinin səfiri Rəhim Əliyev

- Keçən il Azərbaycan Qran-Prisi ən çox izlənilən yarışlardan biri olub. Bu il də rekordu təzələyə biləcəyik?

- Yarışın necə keçəcəyini öncədən demək çox çətindir. Bu, nə təşkilatçılardan, nə də azarkeşlərdən asılı olan səbəbdir. Hətta bəzən pilotlardan da asılı olmur. Bəzən yarışın özündə şəraitə uyğun baş verən hadisələr belə, təsir edir. Hətta hava şəraiti də yarışa ciddi təsir göstərə bilir. Əgər həmin günlərdə Bakı şəhərində yağış yağarsa, bu zaman yarışlar daha maraqlı ola bilər. Çünki yağışlı havada bolidi idarə etmək daha çətinləşir. Xüsusilə şəhər trasında bu çətinlik ən azı 2 dəfə artır.

- Yağış yağması bolidlərin daha çox qəza törətməsi deməkdir?

- Formula 1-də 20 sürücü mübarizə aparır. Bu sürücülər dünyanın ən peşəkar və sürətli bolidlərini idarə edirlər. Sürücülər belə, şəhər traslarında Bakı, Monako və Sinqapurda daha çətinlik çəkirlər. Şəhər traslarında sürücülərin ustalıqları üzə çıxır. Şəhər trasında yağış yağırsa, sürücünün ustalığı 5 qat artır. Yağışlı havada şəhər trasında sürücü səhv edirsə, bolidi divara çırpılır, bu zaman yarış ilə vaxtından tez vidalaşmalı olur.

Belə havalarda qalib gələnlərə azarkeşlər arasında "Rain man", yəni "Yağış adam" titulu verilir. Bakıda yarış zamanı yağış yağarsa, bu zaman "Yağış adam"ın kimliyini də müəyyən etmək mümkün olacaq. Hətta pilotların reytinqinə baxanda yağışlı havada qalib gəlmələrini də nəzərə alırlar. Məsələn, Fertstapenin Braziliyada yağışlı havada sürüşən bolidini necə ram etməsi hələ də azarkeşlər arasında danışılır. Eyni zamanda, Hamiltonun yağışlı havada Monakoda qələbəsi var.

© Sputnik / Murad OrujovAzərbaycan Qran-Prisini Formula 1 şərhçisi, Azərbaycan Qran-Prisinin səfiri Rəhim Əliyev
Hotel problemi Bakıya gəlmək istəyən xarici azarkeşlərin önünü kəsir - Sputnik Azərbaycan
Azərbaycan Qran-Prisini Formula 1 şərhçisi, Azərbaycan Qran-Prisinin səfiri Rəhim Əliyev

- Bu il bolidlərdə dəyişiklik var?

- Bu, mövsümün dördüncü yarışı olacaq. Bolidlər keçən illə müqayisədə fərqlidir. Bu il bolidlərin arxa və ön qanadlarında ciddi fərq olacaq. Bolidlər fərqlidir, amma mühərrikin gücünə görə, demək olar ki, dəyişiklik yoxdur. Yenə güclü üç komanda var, yerdə qalan altı komanda orta qrupa aiddir. Bir komanda isə ən sonda qərarlaşır. Bu da Vilyams komandasıdır. 5 sürücü Bakıda qalib olmağa namizəddir.

Amma arxada qalan yarışlar göstərir ki, "Mercedes" yarışlarda daha düzgün qərar qəbul edib və "Red Bull"un mühərrik ustaları söz veriblər ki, Azərbaycan Qran-Prisində daha yeni və güclü motor gətirəcəklər. Əslində, yeni deyil, sadəcə əvvəlki yarışlarda motorun gücünü azaltmışdılar. Mühərrikin əvvəl sürətini azaltmışdılar, əvvəlki yarışlarda gördülər ki, heç bir problem yoxdur, indi 20 at gücü daha da artıracaqlar. Maks Ferstappen sona qədər risk etməyi sevən sürücüdür. Divarların dibi ilə sürəndir. O, şəhər treklərini sevir. Bu da ona üstünlük verə bilər.

- Peşəkar kimi yox, Formula 1 azarkeşi kimi Rəhim bəy kimə azarkeşlik edir?

- Mən Formula 1-ə ümumi azarkeşlik edirəm. Sürücülərə konkret olaraq azarkeşlik etmək bir az çətindir. Sürücülər, maksimum 5-6 mövsüm sürəndən sonra idmandan gedirlər. Amma Formula 1 daimidir. Finlandiyalı pilotlara daha çox maraq göstərirəm. Hətta onlara "uçan finlandiyalı" deyirlər. Baxmayaraq ki, soyuq ölkədir, onların pilotları çox sürətli olurlar. Peletonda hazırda iki finladniyalı - Valtteri Bottas və Kimi Rəykkönen var. Mən özüm 1982-ci ildən Formula 1 idmanına azarkeşlik edirəm. MaKLaren komandası son illər zəif olsa da, zarkeş olaraq onu tərk etmirəm.

© Sputnik / Murad OrujovAzərbaycan Qran-Prisini Formula 1 şərhçisi, Azərbaycan Qran-Prisinin səfiri Rəhim Əliyev
Hotel problemi Bakıya gəlmək istəyən xarici azarkeşlərin önünü kəsir - Sputnik Azərbaycan
Azərbaycan Qran-Prisini Formula 1 şərhçisi, Azərbaycan Qran-Prisinin səfiri Rəhim Əliyev

- Xaricdən də maraq olmasına baxmayaraq, tribunalarda boş yerləri görə bilirik.

- Elədir. Buna səbəb isə satılmayan 7-8 min biletdir. Çünki 30 min bilet var, onu satışa çıxarırlar. Amma yarışa xaricdən 22 mindən çox azarkeş gələ bilmir. Halbuki xaricdən Azərbaycan Qran-Prisinə gəlmək istəyən azarkeşlərin sayı qat-qat çoxdur. Buna səbəb isə hotellərin sayının az olmasıdır. Azarkeş gəlməzdən öncə qalmağa yer axtarır. Yer tapmayanda bilet almır. Bizdə isə əvvəllər konsertə marağı olanlar bilet alırdılar. Son illər artıq Formula 1-ə maraq artır. Əgər bizdə hotel tutumu 40 min olsaydı, bizim biletlərin hamısını xarici azarkeşlər alardı. Yerli azarkeşlərə bilet çatmazdı.

- Keçən il Hamilton Azərbaycan Qran-Prisinin qalibi oldu. Bu il də qalib ola bilər?

- Ümumiyyətlə, ölkəmizdə arxada qalan üç yarışın üçünə də Hamilton favorit kimi gəlmişdi. Birinci ili sıralama turunda səhvə yol verdi və ona görə 10-cu su yerdən yarışa  başladı. Yarış zamanı ötmələr edəndə bolidində problemlər yarandı və ona görə istəyinə çata bilmədi. İkinci ildə pilotun bolidində problem yarandığı üçün məcburi pit stop elədi və yarışı geridə başa vurdu. Keçən il yarışın gedişatında qələbəyə namizəd deyildi. "Ferrari"lər öndə idi. Fetel qələbəyə doğru gedirdi. Yarışın sonuna yaxın isə baş verənlərdə Hamiltonun ustalığı onu qalib etdi. Ondan sonra ilin çempionluğuna yol açdı. Bu dəfə Hamilton digər sürücülərdən fərqli olaraq 5 qat daha çox üstünlük ilə Bakıya gəlir. Necə yarış alınacaq, Hamilton qələbə qazanacaq? Bu suallara isə yarış zamanı cavab tapa biləcəyik.

Xəbər lenti
0