BAKI, 23 aprel — Sputnik. Şri Lankada bazar günü törədilən silsilə terror aktları nəticəsində ölənlərin sayı 310-a çatıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "News 1st" nəşri ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir. Terror aktları nəticəsində xəsarət alanların sayı 480-a çatıb.
Şri-Lanka rəhbərliyi aprelin 23-ünü terror aktları ilə bağlı matəm günü elan edib. Ölkədə fövqəladə vəziyyət elan olunub.
Şri-Lankada terror aktlarına görə məsuliyyəti "Milli Tavhid-Camaatı" adlı qruplaşma öz üzərinə götürüb.
Qeyd edək ki, bazar günü Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı səkkiz partlayış baş verib.