BAKI, 16 yanvar — Sputnik. Məşhur bakılı, dizayner, stilist Vlad Lisovets adada istirahət zamanı tanış olduğu Şri-Lanka şahzadəsi ilə evlənib.
Stilist bu sevindirici xəbəri özünün Instagram sosial şəbəkəsindəki səhifəsində paylaşıb. Sputnik Azərbaycan-ın məlumatına görə, o, hazırda Şri-Lanka adasında istirahət edir.
Lisovets öz hesabında yazıb: "Ura. O, mənə HƏ dedi. Çoxları maraqlanırdılar ki, mən niyə evlənmirəm? Evlənirəm! Buyurun, bu da mənim seçdiyim qız. Mənim şri-lankalı şahzadəmin adı kiçik Mviardufşixinkalnaxuyapil-dir. Bizim təbirimizcə desək, Xqalya. Siz mənim şahzadəmin adına bir baxın, görün qulağı necə oxşayır, adamın dilində necə gözəl səslənir. Mən onu əzizləyərək Ufşixişka çağırıram. Bu gün məhəbbət bayramımızı qeyd edirik. Biz özümüzə təvazökar bir toy təşkil etmişik. Axı məhəbbət pafosu sevmir. Ümid edirəm ki, bizim ciddi rəqsimiz və sevgimiz sizə bütün gün boyu müsbət enerji verəcək. Bizi təbrik edin!"
İzləyiciləri stilistin yazdıqlarından şoka düşüblər. Adamların əksəriyyəti onu bu əlamətdar gün münasibətilə təbrik edib. Amma heç bir toyun olmadığını və Lisovetsin sadəcə onlarla zarafat etmək qərarına gəldiyini başa düşənlər də olub. Stilistin belə bir toyunun olub-olmayacağını isə zaman göstərəcək.
Qeyd edək ki, Bakıda doğulan Vlad Lisovets artıq uzun müddətdir Moskvada yaşayır və işləyir. Amma doğma Bakını da heç vaxt unutmur, tez-tez buranı ziyarət edir.