Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Az qəbulu zəruridir, çox qəbulu zərərli

CC0 / Engin_Akyurt / CoffeeКофе, фото из архива
Кофе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İnsanın fiziki aktivliyini artırmaq üçün onun çəkisinin hər kiloqramına 6 milliqram kofein düşməlidir

BAKI, 23 aprel — Sputnik. Orta statistik insan idmanla məşğul olmaq üçün gün ərzində 2 fincan kofe içməlidir. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, 4800 nəfəri əhatə edən 300 araşdırmanı təhlil edən Avstraliya, ABŞ və Böyük Britaniya alimləri belə qənaətə gəliblər.

Məlum olub ki, kofein qəbulu məşq nəticələrini 2-16 faiz yaxşılaşdırır. Mütəxəssislərin məlumatına görə, insanın fiziki aktivliyini artırmaq üçün onun çəkisinin hər kiloqramına 6 milliqram kofein düşməlidir.

Eyni zamanda, alimlər bildiriblər ki, kofe içməyi sevməyən insanlar mütəmadi olaraq qəbul etməyə başlamalıdırlar. Bildirilib ki, kofe məşqin başlanmasına 45-90 dəqiqə qalmış qəbul edilməlidir.

Bununla yanaşı, araşdırmaçılar xəbərdarlıq da edirlər. Belə ki, həddən artıq kofe içmək yuxusuzluq, baş ağrıları, mədə-bağırsaq sistemi pozğunluğu da yarada bilər.

Xəbər lenti
0