CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

On regionun sakinlərinə şad xəbər

© Photo : ASAN Xidmətin mətbuat xidmətiSəyyar ASAN xidmət avtobusu
Səyyar ASAN xidmət avtobusu - Sputnik Azərbaycan
Abunə olmaq
22 aprel-21 may Kürdəmir, Xırdalan və Beyləqanda vətəndaşlara səyyar formada xidmət göstəriləcək

BAKI, 22 aprel — Sputnik. Səyyar ASAN xidmət  28 mart-26 aprel Qusar, Astara, Ağcabədi, İsmayıllı, Salyan, Balakəndə, 15 aprel-4 may Qazaxda, 22 aprel-21 may Kürdəmir, Xırdalan və Beyləqanda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

“ASAN xidmət”in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və "Azəriqaz" İB tərəfindən təqdim olunur.

Müslüm İbrahimov - Sputnik Azərbaycan
Ekspert regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını şərh edir

Bu xidmətlərə aşağıdakılar daxildir:

- Notariat fəaliyyəti;

- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

- Əmək pensiyalarının təyin edilməsi;

- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- "Azəriqaz" İB tərəfindən göstərilən xidmətlər.

Xəbər lenti
0