Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını şərh edir

© Photo : SİAMüslüm İbrahimov
Müslüm İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, milli iqtisadiyyatın təkmilləşdirilməsi ixrac potensialının inkişafına səbəb olacaq
Müslüm İbrahimov: “Resurslar qeyri-neft sektorunun inkişafına yönəldilməlidir”

Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan bütün resurslarını qeyri-neft sektorunun inkişafına yönəltməlidir:

“Bunun üçün konkret olaraq bəzi sahələrin inkişaf etdirilməsi zəruridir. Həmçinin enerji nəqliyyat sahəsinin inkişaf etdirilməsi də iqtisadi potensialın artırılmasında önəmli rol oynayır. Bu işlərin görülməsi milli iqtisadiyyatın struktur baxımından təkmilləşdirilməsi deməkdir. Milli iqtisadiyyatın təkmilləşdirilməsi ixrac potensialının inkişafına səbəb olacaq”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

 

Xəbər lenti
0