Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bir gündə iki körpə ölümü qeydə alındı

CC0 / rawpixel.com / Körpə, arxiv şəkli
Körpə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Körpələrdən biri Bərdədə, digəri Sumqayıtda vəfat edib

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 20 aprel — Sputnik. Bərdə Rayon Doğum Evində ölüm hadisəsi baş verib. 1998-ci il təvəllüdlü Günay Babayevanın dünyaya gətirdiyi əkiz qız övladlarından biri ötən gün tələf olub.

Керосиновая лампа - Sputnik Azərbaycan
HADİSƏ
Göygöldə ağır yanıq xəsarəti alan körpə xəstəxanadan çıxarıldı

Xəstəxananın baş həkimi Tünzalə Quliyeva Sputnik Azərbaycan-a açıqlamasında hadisənin baş vermə səbəbindən danışıb: “Əməliyyat zamanı uşaqlar normal olub. Lakin 3-cü sutkada əkizlərdən biri enterokolitdən dünyasını dəyişib. Həmin tələf olan körpə 1 kilo 800 qram olub. Əkizlərin digər tayı isə Gəncə şəhərində xəstəxanaya yerləşdirilib, vəziyyəti normaldır".

Ananın 34-cü həftədə hamiləliyini sonlandırdığını deyən baş həkim 21 yaşlı qadında görmə sinirinin ataraksiyası olduğu üçün o əməliyyata girməli olub: "Hazırda isə ananın vəziyyəti yaxşıdır, həkimlərin nəzarətindədir". 

"Əməliyyatdan sonra körpələr neonatoloq nəzarətində qalıblar. Onlara normal nəzarət yetirilib. Sadəcə olaraq əkizlərdən birində bətndaxili inkişaf zəifliyi olduğuna görə bağırsaqlarda atrofik enterokolit əlamətlər baş qaldırıb.  Qəflətən qanaxma olduğuna görə uşaq tələf olub" - deyə həmsöhbətimiz əlavə edib.

Qırğızıstanda xəstəxana - Sputnik Azərbaycan
SƏHİYYƏ
Dövlət Agentliyi Ağdaşdakı körpə ölümünün səbəblərini açıqladı

T.Quliyeva mediada xəstəxana haqqında yayılan xoşagəlməz yazılara da münasibət bildirib. Təkcə fevral ayında 5 körpənin ölümü ilə bağlı yayılan xəbərlərə isə bu cür cavab verib: “Bizim xəstəxana ikinci səviyyəli doğum evi olduğu üçün ətraf rayonlarda bətndə ölü olan uşaqların anaları bizim xəstəxanaya göndərilir ki, burada azad olsunlar. O döllər bətndaxilində ölü olublar. Səhvən isə mediada belə məlumat yayılıb ki, guya onlar xəstəxanada ikən ölüblər".

“Xəstəxanamızda doğulandan sonra ölüm hadisəsi baş vermir. Yalnız təsadüfən belə hadisələr baş verir. Bu zaman da bətndaxilində inkişaf geriliyi aşkarlanır. Biz çalışırıq ki, belə olan halda həmin uşaqları ya Bakıya, ya da Gəncəyə yollayaq” – deyə baş həkim əlavə edib.

Qeyd edək ki, ONA-ın məlumatına görə, bu gün Sumqayıt Şəhər 2 nömrəli Doğum Evində də bənzər hadisə baş verib. 1998-cil il təvəllüdlü Rəfizadə İradə Samir qızının dünyaya gətirdiyi oğlan uşağı sonradan ölüb.

Xəbər lenti
0