CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət Agentliyi Ağdaşdakı körpə ölümünün səbəblərini açıqladı

© Sputnik/ Tabıldı KadırbekovQırğızıstanda xəstəxana
Qırğızıstanda xəstəxana - Sputnik Azərbaycan
Abunə olmaq
Körpə ölümü ilə bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır, ölümün səbəbləri müəyyənləşdirilir

BAKI, 28 fevral — Sputnik. Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Ağdaş Rayon Mərkəzi Xəstəxanasında körpə ölümü qeydə alınıb. Belə ki, fevralın 21-də Ağdaş rayon Mərkəzi Xəstəxanasında körpə dünyaya gəldikdən iki gün sonra ölüb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, körpənin ölümünə səbəb bətndaxili və bətnxarici hipoksiya, tənəffüs çatışmazlığı sindromu və bətndaxili infeksiya olub.

"Fevralın 20-də Ağdaş rayon sakini Hacıyeva Əfsanə "37 həftəlik hamiləlik" diaqnozu (doğuş müddətinə yaxın dövr hesab edilir) ilə xəstəxananın stasionarına daxil olub və o 21 fevral tarixində təbii yolla uşaq dünyaya gətirib. 23 fevralda isə körpə ölüb. Qeyd edək ki, Hacıyeva Əfsanə müxtəlif vaxtlarda "düşük təhlükəsinə" və "vaxtından əvvəl doğuş təhlükəsinə" görə stasionarda müalicə olunub" - deyə məlumat verilib.

Qeyd edək ki, körpə ölümü ilə bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır, ölümün səbəbləri müəyyənləşdirilir.

Xəbər lenti
0