İran kəşfiyyatından sensasion açıqlama: 290 nəfər ABŞ casusu həbs olundu

© AP Photo / Ebrahim Norooziİran İslam Respublikasının İnformasiya naziri (ölkənin xüsusi xidməti) Mahmud Ələvi
İran İslam Respublikasının İnformasiya naziri (ölkənin xüsusi xidməti) Mahmud Ələvi  - Sputnik Azərbaycan
Abunə olmaq
Mahmud Ələvi: "Biz casus şəbəkəsi haqqında məlumatları digər ölkələrlə də bölüşdük və bu ölkələrdə də MKİ agentləri həbs olundu"

BAKI, 19 aprel — Sputnik. İran İslam Respublikasının informasiya naziri (İnformasiya Nazirliyi - ölkənin xüsusi xidməti) Mahmud Ələvi İran və regionda fəaliyyət göstərən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) casus şəbəkəsinin deşifrə edildiyini bildirib. Sputnik Azərbaycan bu barədə İranın "Mehr" agentliyinə istinadən xəbər verir.

"MKİ-yə qarşı aparılan çətin mübarizə nəticəsində, İran da daxil olmaqla, müxtəlif ölkələrdə fəaliyyət göstərən 290 casusdan ibarət şəbəkə aşkarlanıb" - deyə Ələvi vurğulayıb.

Nazirin sözlərinə görə, İranın xüsusi əhəmiyyətə malik sahələrinə yerləşdirilən onlarla MKİ əməkdaşı həbs olunub: "Biz casus şəbəkəsi haqqında məlumatları digər ölkələrlə də bölüşdük və bu ölkələrdə də MKİ agentləri həbs olundu".

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə - Sputnik Azərbaycan
Türkiyə ABŞ-ı deyil, İranı dəstəklədi

"MKİ əməkdaşları ilə yanaşı, İran kəşfiyyatı Böyük Britaniya kəşfiyyat qurumu olan "Mi-6" agentlərinin deşifrə edilməsi ilə də məşğul olub. Hər iki əməliyyatın detalları yaxın vaxtlarda açıqlanacaq" - o əlavə edib.

Qeyd edək ki, aprelin 10-da Tramp Administrasiyası İran İslam İnqilab Keşikçiləri Korpusunu (İİİKK) və onun Qüds qanadını terror təşkilatı adlandırıb.

İİİKK 1979-cu il İslam İnqilabından sonra qurulan silahlı qüvvələrin bir hissəsidir. ABŞ dövlət katibi Mayk Pompeonun sözlərinə görə, İran hakimiyyəti son 40 ildə İslam inqilabını mümkün olan hər hansı üsulla ixrac etmək üçün bu qüvvədən istifadə edib.

Xəbər lenti
0