Türkiyə ABŞ-ı deyil, İranı dəstəklədi

© REUTERS / HANDOUTTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə - Sputnik Azərbaycan
Abunə olmaq
Ankara və Tehranın bu məsələ mövqeyi-üst-üstə düşür

BAKI, 18 aprel — Sputnik. "Rəsmi Ankara Birləşmiş Ştatların İran əleyhinə sanksiyaların yanlış olduğunu bəyan etməyə davam edəcək".

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Ankarada iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə keçirdiyi mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə tərəfi dəfələrlə müxtəlif səviyyələrdə Vaşinqtona bu məsələ ilə bağlı mövqeyini çatdırıb.

"Bu məsələ Türkiyə hökumət üzvlərinin ABŞ-a hazırda davam edən səfəri zamanı da qaldırılıb" – deyə Çavuşoğlu bildirib.

Xəbər lenti
0