CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qadın dedi ki, əri ona xəyanət etməyə başlayıb, çünki iki aydır onu döymür"

CC0 / pixel2013 / ManKişi və qadın
Kişi və qadın - Sputnik Azərbaycan
Abunə olmaq
Psixoloq: "Bu gün Azərbaycan əhalisi kütləvi şəkildə psixozdan əziyyət çəkir"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 17 aprel — Sputnik. Son illər Azərbaycanda boşanmaların, ailədaxili münaqişələrin sayı artır. Əvvəlki illərlə müqayisədə ailə modelləri xeyli dəyişib, klassik ailə modeli, ailə institutu sıradan çıxmaq üzrədir.

Psixoloq Taryel Faziloğlu Sputnik Azərbaycan-a müsahibəsində bu problemlərin səbəblərindən danışıb.

© Sputnik / Murad OrujovPsixoloq Taryel Faziloğlu
Qadın dedi ki, əri ona xəyanət etməyə başlayıb, çünki iki aydır onu döymür - Sputnik Azərbaycan
Psixoloq Taryel Faziloğlu

- Boşanmaların sayının sürətlə artması daha çox nədən qaynaqlanır?

- Boşanmaların əksəriyyəti insanların məlumatsızlığından irəli gəlir. Boşanmanın ən başlıca səbəbi seksual doymadır. İkinci səbəbi isə sosial maraqların, savad dərəcələrinin fərqli olmasıdır. Eyni zamanda, cütlüklərin bir-birindən qeyri-real gözləntiləridir, cütlüklərin həyat tərzidir. Kənar müdaxilə də boşanmalara səbəb olur. Həmçinin, başqa səbəblər də var. Bir dəfə bir qadın mərkəzimizə gələrək mənə dedi ki, "ərim mənə xəyanət edib". Ondan soruşdum ki, haradan bilirsən? Qadın qarşıma belə bir arqument qoydu: "Çünki 2 aydır ərim məni döymür. Özünü mənimlə yaxşı aparır ki, ondan şübhələnməyim". Həmin qadın universitetlərdən birində dərs deyən müəllim idi. Buna baxmayaraq, döyülməyinə razı idi. Çünki qadın cinsi cəhətdən təmin olunduğuna görə döyülməyini belə, problem kimi görmürdü.

- Dünyada vətəndaş nikahı deyilən anlayış da var. Bizdə də bunu tətbiq etmək olarmı?

- Əsla. Çünki azərbaycanlıların minilliklərdir davam edən genetik kodları var. Bizdə nə olursa-olsun, bu, münkün olmayacaq. Bu gün heç bir kişi qeyri-qanuni yaşadığı qadınla evlənmir. Onlar biri ilə yaşayır, başqası ilə ailə qururlar. Həm də hüquqlar qorunmur. Avropada qeyri-rəsmi yaşansa da, hər şeyin qanunla tənzimlənməsi üçün 3 şahid kifayətdir. Bizdə isə nə hüquqi, nə mənəvi, nə də psixoloji baxımdan bunları tənzimləyə bilərik.

- Ailə psixoloqları boşanmalarının sayının azalmasına yardım edə bilməzmi?

Пустой класс - Sputnik Azərbaycan
CƏMİYYƏT
Orta məktəblərdə psixoloq problemi - Hər şeyi onlardan gözləmək düzgündürmü

- Dünyada ailə psixoloqları var. Onlar psixologiya ilə yanaşı anatomiya təhsili, hətta əlavə olara 2 il tibbi təhsil də alırlar. Çünki psixoloqlar anatomiyanı bilmədən cütlüklərin ailə problemlərinin kökünü anlaya və problemin həllinə kömək edə bilməzlər. Azərbaycanda ixtisaslı ailə psixoloqları yoxdur deyə cütlüklərə kömək edə bilmirlər. Bu yaxınlarda bir ailə psixoloqunun yanına 7 aydır ailə qurmuş gənc xanım gedib və yoldaşının ona sevgili, nişanlı olduqarı dövrdəki kimi diqqət yetirmədiyini deyib. Psixoloq da ona boşanmağı məsləhət görüb. Qadın sonra mənim yanıma gəldi. Ona bunun normal hal olduğunu, ailənin dağılmasının düzgün yol olmadığını dedim. Qadın seansdan çıxandan sonra fikrini dəyişdi və həqiqətləri anlayaraq ailəsinə gedi döndü.

- Zaman keçdikcə insanların psixoloqlara ehtiyaclarının artmasının səbəbi nədir?

- Elektrotexnika inkişaf etdikcə insanlar tənhalaşırlar. Nəticədə depressiyaya düşürlər. Əvvəllər insanlar ortaq ehtiyaclar və maraqlar sayəsində bir-birinin ətrafında birləşirdilər. Sosial şəbəkələr, virtual münasibətlər bu maraqları məhv elədi. Nəticədə sosial institutlar ləğv olundu. İlk olaraq qonşuluq institutu ləğv olundu. Bunlar sırasında ağsaqqallıq institutu, dostluq institutu da yoxa çıxanlar sırasındadır. İnsanların bu gün qonşuluq dəyərləri qalmayıb. Biz yeni evimizə köçmüşdük. Bir gün aşağı mərtəbədə yaşayan qonşunun xanımını mağazada gördüm, salam verdim. Qadın üzümə qəzəblə baxdı, salamımı almadı. Bu azmış kimi, mağazadan çıxanda bir kişi qarşımı kəsdirib dedi ki, "sən kimsən, mənim həyat yoldaşıma salam verirsən?" Üst qonşuları olduğumu dedim və bildirdim ki, sizi tanımağa şadam. O isə cavab verdi ki, "mən şad deyiləm, bir daha yoldaşıma da, mənə də salam vermə". Bir sözlə, insanlar güvən hissini itirib və bu da insanlarda təklik hissi yaradıb. 20 il öncə ailə münasibətləri daha möhkəm idi, nəinki indi. Bir faktı nəzərinizə çatdırım, 2017-2018-ci illərdə ailə quran insanların 20 faizi bir il tamam olmadan ayrılıblar.

- Səbəb təkcə texnologiyanın inkişafıdır?

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Şəmkirdə keçirilən şahmat üzrə VI Vüqar Həşimov memorialında - Sputnik Azərbaycan
İDMAN
Şəhriyar Məmmədyarov: "Mənim psixoloji problemlərim var"

- 90-cı illərə kimi insanlar bəlli informasiya qəbul edirdilər. 90-cı illərdən sonra müstəqillik əldə edildi, bütün kanallar açıldı və bizlər çox sayda, müxtəlif yerlərdən informasiya almağa başladıq. Bu da informasiya zəhərlənməsinə səbəb oldu. Bu illər ərzində Azərbaycanda 4 mərhələdə informasiya zəhərlənməsi baş verdi. Birincisi cinsəl zəhərlənmədir. Buna misal olaraq deyə bilərəm ki, 90-cı illərin ortalarında parklarda cütlüklərin əlindən keçmək mümkün olmurdu. 2-ci zəhərlənmə isə əyləncə zəhərlənməsi idi. 2000-ci illərdə şəhərdə barlar, diskotekalar kəskin artmışdı, gənclərin əksəriyyəti ora getməyə can atırdı. 3-cü mərhələ dəyərlərdən imtina idi. Gənclər ənənələrə qarşı çıxırdı. 4-cü mərhələ isə münasibətlərin zəhərlənməsidir. Gender məsələləri, azad seks, fahişəliyin leqallaşdırılması, homoseksualların hüquqları və s. buna aiddir. 5-ci mərhələdə isə insanlar dəyərsizləşəcək və virtual həyata keçəcəklər. Bu mərhələ də başlayıb.

- Bir xilas yolu yoxdurmu?

- Bütün bunlar baş verən zaman psixoloji yardım mərkəzləri olmalı idi və insanları buna hazırlamalı idilər. Təəssüflər olsun ki, bizdə psixoloji yardım mərkəzləri yoxdur.

- Hazırkı psixoloqların səviyyəsi belə yardım mərkəzilərinin yaradılması üçün yetərlidirmi?

- Psixoloji mərkəz açanda iş elanı yeləşdirdim. Yüzlərlə CV gəldi. Təəssüflər olsun, onların arasından normal bir psixoloq tapa bilmədim ki, işə qəbul edim. "Psixoloqlar" isə mənə lazım deyildi. Məcbur oldum ki, özüm psixoloq olmaq istəyən şəxslərə yardım edim, təhsil alıb peşəkar psixoloq olsunlar. Bu gün mərkəzimizdə təhsilli, peşəkar psixoloqlar dərs deyir. 20-yə yaxın peşəkar psixoloq yetişdirmişəm.

- Məqamı olmasa da, sonda bir məsələni soruşmaq istəyirəm. Bu gün insanların əksəriyyəinin üzündəki kədərin səbəbi nədir?

- Bəli, hər kəs kədərlidir, yaşından asılı olmayaraq hamı düşünür, hər kəs gərgindir. Bu gərginliyin nəicəsində də bütün münasibələr zədələnir. Çünki bu gün Azərbaycan əhalisi kütləvi şəkildə psixozdan əziyyət çəkir. Bunu deməkdən də çəkinmirəm. Kütləvi psixoz vəziyyəti də güvənsizlikdən qaynaqlanır.

Xəbər lenti
0